İran İsveçdə Qurani-Kərimə hörmətsizliyi kəskin qınayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçdə Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti kəskin şəkildə pisləyib və deyib: "İran hökuməti və milləti, dünyanın digər müsəlmanları və azad düşüncəli insanları kimi, bu cür təhqirlərə dözmür və onu şiddətlə qınayır".
Nasir Kənani İsveç hökumətinin İslamofoblar tərəfindən Qurani-Kərimə qarşı hörmətsizliyin təkrarlanmasına icazə verməsinə reaksiyada qeyd edib ki, xüsusilə də İslam dünyasının müqəddəs günlərində və milyonlarla müsəlmanın qlobal həcc konqresində toplaşdığı bir vaxtda səmavi müqəddəsliklərə qarşı hörmətsizliyin təkrarlanmasına zəmin yaratmaq təxribat xarakterli, düşünülməmiş və qəbuledilməz bir hərəkətdir.
Kənani beynəlxalq ictimaiyyətin və insan haqları qurumlarının din və məzhəblərə və dini təlimlərə hörməti təşviq etmək səylərinə toxunaraq, deyib: "Səmavi kitabları təhqir etmək zorakılığın, nifrət yaymağın təzahürüdür və insan haqlarının təməl dəyərlərinə ziddir".
Kənani əlavə edib: "İran hökuməti və milləti, dünyanın digər müsəlmanları və azad düşüncə sahibləri kimi bu cür təhqirlərə dözmür və onun şiddətlə qınayır".
"Stokholma gələcəkdə beynəlxalq müqəddəsliklərə qarşı təhqiredici aktların təkrarlanmasının qarşısını almaq, bununla bağlı məsuliyyət və hesabatlılıq prinsiplərinə ciddi diqqət yetirmək tövsiyə olunur", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.