İyul 05, 2023 20:17 Asia/Baku
  • Əmir Abdullahian: Azərbaycan regionda maneələri aradan qaldırmağa çalışır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında çıxış edərkən deyib ki, “ Azərbaycan Respublikası Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişə əsaslanaraq, regionda kommunikasiya xətlərində yaranmış maneələri həll etməyə çalışır və rəsmi Bakının bu zəminədə qonşu ölkələrə qarşı hər hansı problemləri yaratmaq niyyətində olması nəzərə çarpmır.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian deyib ki, Qoşulmama Hərəkatının sədrliyi dövründə bu görüşün keçirilməsinə və göstərdiyi səylərə görə Azərbaycan Respublikasına təşəkkürümü bildirir və eləcə də Uqandanı hərəkatın növbəti sədrliyi münasibətilə təbrik edirəm.

Beynəlxalq sistemdə baş verən son mühüm hadisələr bəzi maneələrə səbəb olsa da, bu qoşulmama hərəkatının daha yaxşı rol ifa etməsi üçün səmərəli fürsət yaratnış olur. Bu istiqamətdə bizim əsas məqsədimiz dünyada “qanun” və “ədalət”i gücləndirməkdir. Çünki əksər böhranların, müharibələrin mənşəyi qanunun pozulması və dəyərlərə etinasızlıqdan yararlanır.

Ukrayna və Qafqazın hazırkı vəziyyətinə gəlincə, biz bir daha Ukraynada müharibənin dayandırılmasının və onun siyasi həllinin zəruriliyini vurğulayırıq. Bu gün Azərbaycanın hərmətli prezidenti cənab İlham Əliyevlə görüşümdə, Azərbaycan Respublikasının Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli saziş əsasında regionda kommunikasiya əlaqələrində yaranmış mövcud problemləri aradan qaldırmağa çalışdığını və rəsmi Bakının bu zəminədə qonşu ölkələrə qarşı hər hansı problemləri yaratmaq niyyətində olmamasını gördüm.

Bu, Azərbaycan Respublikası prezidentinin ciddi şəkildə vurğuladığı məsələdir və təbii ki, Cənubi Qafqazda mübahisələrin sərhədlərin dəyişdirilmədən sülh yolu ilə həlli məsələsi İran İslam Respublikası tərəfindən həmişə vurğulanan bir mövzudur. Biz inanırıq ki, bu region həm məntəqə üçün, həm də ondan kənarda nəqliyyat tranzitinə çevrilə biləcək gücə malikdir. İran İslam Respublikası öz imkanlarından istifadə edərək bu məqsədin reallaşmasına yardım etməyə hazırdır.

 

Teqlər