İyul 05, 2023 20:49 Asia/Baku
  • “Həmrəylik və birlik” və “ədalət və müstəqillik” ruhu həmişə QH-nin əsas amalı olub

Bəzi Avropa dövlətlərinin anti-İslamizmi rəsmən dəstəkləmək istəyini nəzərə alaraq, Qoşulmama Hərəkatının bu qeyri-qanuni hərəkəti qəti şəkildə pisləməli olduğunu bildirmək istərdik.

  SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian Qoşulmama Hərəkatının toplantısında bildirib ki, biz inanırıq ki, sivlizasiyaların davamlı inkişafı uyğun milli imkanlar və maliyyə resurslarına, yeni texnologiyalara və əsaslı biliklərə yiyələnməklə əldə edilir. Biz hərəkatın dünyada sanksiyaları kəskin şəkildə pisləməsini və onların aradan qaldırılmasını tələb etməsindən öz məmnunluğumuzu bildiririk.

  İran İslam Respublikası İsveçdə “Qurani-Kərim”-i təhqir edən alçaldıcı hərəkəti qətiyyətlə pisləyir. Bəzi Avropa dövlətlərinin anti-İslamizmi rəsmən dəstəkləmək istəyini nəzərə alaraq, Qoşulmama Hərəkatının bu qeyri-qanuni hərəkəti qəti şəkildə pisləməli olduğunu bildirmək istərdik.

  Əmir Abdullhian daha sonra vurğulayıb ki,  “Həmrəylik və birlik” və “ədalət və müstəqillik” ruhu həmişə qoşulmamaq hərəkatının əsas amalı olmuşdur.

  İran İslam Respublikası hökuməti hərəkatın amllarına xüsusi önəm vermiş və hərəkatın yeni dünya qurmaq uğrunda fəal iştirak etməyə hazırdır.

 

Teqlər