İyul 05, 2023 21:03 Asia/Baku
  • Əmir Abdullahian:

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüşdə İran xarici işlər naziri hərəkatın xarici işlər nazirlərinin görüşünün uğurla keçirilməsi münasibəti ilə təbrik edərək, iki ölkənin yüksək rəsmilərinin ikitərəfli əlaqələrin genişləndirilməsi sahəsində əzmini vurğulayaraq deyib ki, “ İki ölkə arasında münasibətlərin formalaşmaqda olan müsbət atmosfer və xüsusilə bəzi anlaşılmazlıqların aradan qaldırılması zəminində İran İslam Respublikası bütün öncəki razılaşmaları təqib etməyə və yerinə yetirməyə hazır olduğunu bəyan edir və inanır ki, iki qardaş və qonşu ölkə öz geniş imkanlarına arxalanaraq yaranmış çətin mərhələ və şəraitdən çıxmaq üçün öz iradə və əzmini göstərmiş, eləcə də ölkələr arasında əməkdaşlıq, qarşılıqlı maraqlar əsasında ümumi məqsədlərə nail olmağı  münasibətlərin gündəliyi qərar vermişlər.

Bu görüşdə Əmir Abdullahian Azərbaycan Respublikası diplomatlarının İranda göstərdiyi fəaliyyətini alqışlamış və ölkənin regionda və qonşuluq siyasəti çərçivəsində tutduğu mövqeyini nəzərə çatdırıb.

 

 

 

Teqlər