İyul 12, 2023 19:31 Asia/Baku
  • Əmir Abdullahian:

İranın xarici işlər naziri Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların bəyanatı və İrana məxsus olan üç adası ilə bağlı iddiaya cavab olaraq deyib ki, İran İslam Respublikasının müstəqilliyi, ölkənin suverenliyi və ərazi bütövlüyü baxımından heç bir tərəfə güzəştə getməz"

Xatırladaq ki, çərşənbə günü Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinin Fars körfəzi üzrə baş direktoru Əlirza İnayəti tərəfindən çağırılıb.
Nazirliyə çağırılmış Rusiya səfiri üç İran adası ilə bağlı Moskvada Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərin xarici işlər nazirləri arasında keçirilən strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmunla bağlı İranın kəskin etirazı bildirilib.
Bu görüşündə İranın üç adası olan Əbu Musa, Böyük Tomb və Kiçik Tomb ərazisinin İranın ayrılmaz bir parçası olduğunu vurğulayıb. 

Teqlər