“İsrail rejimi ilişib qaldığı bataqlıqdan çıxa bilməyəcək”
https://azeri.sahartv.ir/news/İran-i401881-İsrail_rejimi_ilişib_qaldığı_bataqlıqdan_çıxa_bilməyəcək
İran İslam Respublikasının müdafiə naziri general Əmir Məhəmmədrza Aştiyani İsrail rəsmilərinin Azərbaycana ardıcıl səfərlərinə münasibət bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 20, 2023 14:31 Asia/Baku
  • “İsrail rejimi ilişib qaldığı bataqlıqdan çıxa bilməyəcək”

İran İslam Respublikasının müdafiə naziri general Əmir Məhəmmədrza Aştiyani İsrail rəsmilərinin Azərbaycana ardıcıl səfərlərinə münasibət bildirib.

Cənab Aştiyani deyib: “İsrail rejimi öz fəaliyyətlərini həyata keçirir, lakin indiki şəraitdə daxili və xarici məsələlərlə çox məşğuldur, bunun səbəbi də bu rejimin davranışları və saxta olmasıdır. Bu rejim öz rəftar və addımlarına görə bataqlığa ilişib qalıb və çətin ki, oradan çıxa bilsin”.

Fars Xəbər Agentliyinin “bununla bağlı qonşu ölkələrə mesajınız nədir?” sualına müdafiə naziri belə cavab verib: “Bütün ölkələr bu rejimin mahiyyətini tanıyır və bilirlər ki, bu rejimlə müvəqqəti əlaqələri ola bilər, amma prinsipcə ona inanmırlar”.

Xatırladaq ki, sionist rejimin prezidenti “İshaq Hersoq” iyun ayında Bakıya səfər edərək Azərbaycan prezidenti ilə görüşdü. Ardınca İsrailin müharibə naziri Azərbaycan Respublikasında peyda oldu.