İyul 23, 2023 21:56 Asia/Baku
  • İsfahanda 11-ci

İranın mərkəzi hissəsində yerləşən İsfahan vilayətində 11-ci "Vilayət həriminin fədayiləri" adlı hava təliminin əsas mərhələsi və əməliyyat fazaı başlayıb.

İran Hərbi Hava Qüvvələri tərəfindən bu gün "Ya Hüseyn (ə)" parolu ilə İsfahan vilayətinin şərqində, Ənarək bölgəsində və şəhid Babayi aviabazasında Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrinin iştirakı ilə "Vilayət həriminin fədayiləri" hava təliminin əsas mərhələsi və əməliyyat fazası başlayıb. 

İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı, pilot Həmid Vahedi "Vilayət həriminin fədayiləri" təlimlərinin mesajının regionda dostluq, sülh, əmin-amanlıq və təhlükəsizlik olduğunu bildirib və əlavə edib: "Dayanıqlı təhlükəsizlik, regional münasibətlərin inkişafı və möhkəmləndirilməsi, mehriban qonşuluq və İranın hava sərhədlərinin müdafiəsi təlimin oxları sırasındadır".

Hərbi Hava Qüvvələrinin komandanı bu qüvvələrin bəzi təyyarə və qırıcılarının son bir neçə gün ərzində İsfahan bazasında yerləşdirildiyini bildirib və deyib: "Təlimlər zamanı 92 növ qırıcı, bombardmançı və pilotsuz təyyarələrdən ibarət çoxfunksiyalı donanma kəşfiyyat missiyaları, hava və yerüstü hədəfləri məhvetmə manevrləri, psixoloji döyüş taktikası və elektron döyüş simulyasiyaları da daxil olmaqla bir sıra hava əməliyyatları həyata keçirəcək".

"Bundan əlavə, Hərbi Hava Qüvvələrinin yaxşı təlim keçmiş pilotları və texniki heyəti də təlimlər zamanı dəqiq və dağıdıcı pilotsuz uçuş aparatları əməliyyatlarının icrasında öz təcrübələrini nümayiş etdirəcəklər", Vahedi bildirib.

Teqlər