İran xarici işlər naziri Pakistana səfər edib
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən yüksək vəzifəli nümayəndə heyətilə Pakistanın paytaxtı İslamabada daxil olub.
İran xarici işlər naziri İslamabadın Nurxan xüsusi hava limanına daxil olarkən Pakistan xarici işlər nazirinin müavini Seyid Əhsən Rza tərəfindən qarşılanıb.
İran xarici işlər nazirinin ikigünlük səfərdə İslamabad və Kəraçidə olması, həmçinin Pakistanın yüksək vəzifəli rəsmiləri, o sıradan baş nazir Şahbaz Şərif, xarici işlər naziri Bilaval Bhutto-Zərdari, parlament sədri Raca Pərviz-Əşrəf, eləcə də hərbi rəsmilər, o cümlədən Pakistan ordusunun komandanı- general Asim Monirlə mühüm görüşlər keçirməsi nəzərdə tutulub.
İkitərəfli münasibətlərin xüsusən hərbi, siyasi və iqtisadi sahələrdə gücləndirilməsi, bu səfərin mühüm istiqamətlərindən sayılır.
Əmir-Abdullahiyan Pakistanın paytaxtı İslamabada daxil olarkən müxbirlərə verdiyi müsahibədə deyib ki: Bu səfər dost və qardaş ölkə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdarinin dəvəti ilə həyata keçirilir.
O, əlavə edib: Ötən iki gündən bəri iki ölkənin iqtisadi komandaları öz müzakirələrini Pakistanda davam etdirirlər.
Öz pakistanlı həmkarım və bu ölkənin digər rəsmilərilə keçirəcəyim ikitərəfli danışıqlarda/ onlarla/ siyasi, iqtisadi, turizm və sərhəd məsələləri barədə söhbətlər ediləcəyəm- deyə, Əmir-Abdullahiyan bildirib.
O, vurğulayıb: İki ölkə əlaqələrində mövcud olan mövzu müxtəlifliyinə, həmçinin İran İslam Respublikası ilə Pakistan İslam Respublikası arasındakı bir çox ortaqlığa görə, iki ölkə rəsmiləri bu əlaqələrdə yeni bir fəsil açıblar.