Avq 17, 2023 18:54 Asia/Baku

İslam İnqilabının Ali Məqamlı Rəhbəri SEPAH-ın yaranmasını, inkişaf etməsini və bütün ağır manelərdən çıxa bilməsini, eləcə də onun hərbi, ictimai, sosial və quruculuq sahələrində fəaliyyətini unikal və qürur verici olduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (cümə axşamı) İslam İnqilabı Keşikçiləri Korpusunun 24-cü Ali Komandirlər və Rəsmilərinin iştirak etdiyi görüşdə buyurublar ki, "Heç vaxt belə bir səviyyədə olduqca sağlam və dürüst mənəvi, siyasi və sosial hərbi qruluş olmamışdır" 

O həzrət, İslam İnqilabı Keşikçiləri Korpusunun davamlı inkişafı və öz daxili qüdrətinə toxunaraq əlavə ediblər ki, " Bu quruluş hazırda nəhəng və tam təchiz olunmuş mərkəzə və dünyanın ən böyük antiterror təşkilatına çevrilib ki, dünyanın bir çox böyük orduları belə, bu quruluşun etdiyi işlərin analoqunu etməkdə aciz qalmışlar".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri “Hərbi seçim masa üzərindədir” ifadəsinin çox nadir hallarda və demək olaraq təkrar edilməməsini SEPAH-ın müdafiə və çəkindirici gücü və imkanlarının hesabına olduğunu bildirərək, buyurublar ki,  "Hamı yaxşı bilir ki, bu cümlə olduqca bayağı, mənasız və dəyərsiz bir hala düşüb"

Həzrət Ayətullahul Uzma Xamenei həmçinin buyurublar ki, "İran İslam İnqilabı Keşikçiləri Korpusunun müxtəlif ölçülərdə çıxışları və onun sevilən olması düşmənin narahatlığına səbəb olaraq, onu yalan, şayiə və cəfəngiyyatlarla SEPAH-ın varlığına dözümsüz edib".

O həzrət, daha sonra əlavə ediblər ki, "İslam Hakimiyyəti hər hansı bir ölkənin hətta müvafiq olmadığı bir sözü desə belə onu dərhal rədd etmədən onu eşidir, lakin qarşı tərəfin hiylə və yalanını bildikdə, onun arxadan xəncər vuracağına hazır olduğunu gördükdə bunu heç vaxt qəbullənməyəcək və sındırdığı əhd-peyman qarşısında elə həmin formada da qarşılıq verəcəkdir" 

Həzrət Ayətullahul Uzma Xamenei İslam Hakimiyyəti ilə düşmənçiliklərin başqa bir mühüm səbəbini onun Qərbi Asiyanın həssas bölgəsində  müqavimət hərəkatlarına verdiyi nümunəvi və təkanverici olduğunu bildirərək buyurublar ki, "Əgər İslam Respublikası nümunəvi olaraq səhnədə çıxış etməsəydi, bu düşmənçiliklər daha az olacaqdı"

O, inqilabın qələbəsindən öncəki illərdə üç ərəb ölkəsinin yaxşı təchiz olunmuş ordusunun alçalmış sionist rejiminin qarşısında dayanmasını müqayisə edərək vurğulayıblar ki, " İslam inqilabından sonra vəziyyət elə bir yerə çatdı ki, həmin rejim Livanda Hizbullahı məğlub etmək üçün 33 gün çalışdı, lakin bu uğursuz oldu və rüsvayçılıqla qaçmağa məcbur oldu"

İslam İnqilabının Ali Məqamlı Rəhbəri çışışlarında əlavə ediblər ki, " Bu gün işlər o yerə çatıb ki, işğal olunmuş Fələstində və İordan çayının qərbində yerləşən bölgədə gənclər elə bir addımlar atmışlar ki, bu rejimə qarşı elə hücum etmişlər ki, rejim onlar qarşısında artıq aciz qalıblar"

O, "CIA", "Mossad" və Britaniyanın "MI6" casus agentliklərini hazırkı yaranmış böhranların əsas funksional oyunçusu və layihəçisi olduğunu hesab edərək buyurublar ki, "Təbii ki, onlar da daxili və xarici agentlərdən, Qərb yönümlü və diqqətsiz ünsürlərdən istifadə edirlər, lakin məsələnin əsas kökünü bu casus xidmətləri təşkil edir"

Teqlər