SEPAH Hörmüz boğazında ABŞ Helikopter Daşıyıcısı ilə qarşıdurmanın görüntülərini yayımladı
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında sürətli qayıqları ilə ABŞ-ın helikopterdaşıyan gəmisi arasında baş verən qarşıdurmanın görüntülərini yayıb.
Şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun məsul şəxsləri və komandirlərinin baş assambleyasının Tehranda keçirilən 24-cü sessiyası zamanı SEPAH-ın Hərbi Dəniz Qüvvələri, avqustun 17-də qüvvələrinin Hörmüz boğazında ABŞ-a məxsus təyyarədaşıyan gəminin son monitorinqi əməliyyatını və onu İranın əmrlərini yerinə yetirməyə məcbur etdiyini əks etdirən videoçarx nümayiş etdiriblər.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Təngsiri bildirib ki, bu monitorinq zamanı helikopterlər ABŞ helikopterdaşıyan gəmisinin uçuş göyərtəsindən uçub, lakin qısa müddət sonra Hörmüz boğazına nəzarət edən SEPAH qüvvələrinin xəbərdarlığı və Zülfüqar donanmasının gəmilərini hadisə yerinə göndərməsi ilə yenidən gəmiyə enmək məcburiyyətində qalıblar.
Onun sözlərinə görə, ABŞ hərbi dəniz qüvvələri təxminən 22 aydan sonra ilk dəfədir ki, Fars körfəzinə daxil olub.
SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı konfransda vurğulayıb ki, İran və Fars körfəzinin digər ölkələri əcnəbilərin iştirakı olmadan regional təhlükəsizliyi təmin etməyə qadirdirlər.
O, əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki dəniz hərəkətlərini izləməkdə uğuru və təhdidlərə qarşı sayıqlığı sübut edir ki, İran qüvvələri heç vaxt düşmənlərə strateji Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyi pozmağa imkan verməyəcək.