Avq 24, 2023 18:28 Asia/Baku
  • İran BRİKS-in daimi üzvü oldu

İran İslam Respublikası prezident administrasiyası başçısının siyasi müavini İranın BRİKS-in daimi üzvü olduğundan xəbər verib.

SəhərAzəri-nin məlumatına görə, BRİKS qrupu Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrika kimi özünü göstərməkdə olan dünyanın beş iqtisadi gücünün həmkarlığı və Amerikanın tək vektorluluğu ilə mübarizə aparmaq məqsədilə formalaşıb.

BRİKS başçılarının bəyanatında bildirilibdir ki: İran, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Argentina və Efiopiyanın bu qrupa üzvlük ərizələri qəbul edilib və bu ölkələrin tam üzvlükləri 2024-cü ilin yanvarından başlanmalıdır.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi BRİKS qrupunun sammitində iştirak məqsədilə bu gün Cənubi Afrikanın Pretoriya şəhərinə daxil olub.

İran İslam Respublikası prezident administrasiyası başçısının siyasi müavini Məhəmməd Cəmşidi də bir tvitt-də İranın BRİKS-ə daimi üzv qəbul edilməsindən xəbər verib.

Cəmşidi öz tvittində qeyd edibdir ki: Yenicə meydana gəlmiş beynəlxalq iqtisadiyyatlar qrupunda daimi üzvlük, İran İslam Respublikasının xarici siyasəti üçün strateji uğur və tarixyazan bir irəliləyiş sayılır.

İran İslam Respublikası prezident administrasiyası başçısının siyasi müavini bu uğur münasibətilə İslam İnqilabının Böyük Rəhbəri və başıuca İran xalqını təbrik edib.

Rusiya və Braziliya prezidentləri də öz çıxışlarında BRİKS-ə üzv olması münasibətilə İranı təbrik ediblər.

Russiya Əl-Yəum telekanalının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin BRİKS qrupunun zirvə toplantısındakı çıxışında belə deyib: Yeni üzvlərlə əməkdaşlığa hazırıq. BRİKS qrupuna üzv olduqları üçün yeni üzvləri təbrik edirəm və bu qrupa üzv olmaq istəyən digər ölkələlərə də gələcək iclasda onların üzvlük yolunun açıq olacağını vəd edirəm.

Səudiyyə Ərəbistanı, Argentina, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Iran və Efiopiyanın BRİKS qrupuna üzv olmalarını alqışlayırıq- deyə, Braziliya  prezidenti Lula Da Silva BRİKS zirvəsinin sonunda vurğulayıb.

BRİKS qrupundakı müxtəlifliyi bir məziyyət adlandıran  Braziliya  prezidenti qeyd edib ki: Bu müxtəliflik, yeni dünya nizamını yaratmaqda bizə kömək edəcək.

 

 

Teqlər