Nüvə nailiyyətlərinin təqdimatı iranlı alimlərin özünəinamlarının nəticəsidir
https://azeri.sahartv.ir/news/İran-i402991-nüvə_nailiyyətlərinin_təqdimatı_iranlı_alimlərin_özünəinamlarının_nəticəsidir
İran Atom Enerjisi Təşkilatının sədri deyibdir ki: Nüvə nailiyyətlərinin təqdimatı nüvə sənayesi işçilərinin özünəinamlarının nəticəsidir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 27, 2023 12:41 Asia/Baku
  • Nüvə nailiyyətlərinin təqdimatı iranlı alimlərin özünəinamlarının nəticəsidir

İran Atom Enerjisi Təşkilatının sədri deyibdir ki: Nüvə nailiyyətlərinin təqdimatı nüvə sənayesi işçilərinin özünəinamlarının nəticəsidir.

Bu gün Tehranda keçirilən «Xidmət hekayəti» sərgisində olan Məhəmməd İslami vurğulayıbdır ki, atom enerjisində təməl, nüvə yanacağı, onun əsası isə, zənginləşdirmədir.

Mədənlərə malik olan bir ölkə nüvə yanacağı dövriyyəsinə, sarı torta və ya uran oksidinə, həmçinin kəşfiyyat və emala malik olmalıdır.

İran Atom Enerjisi Təşkilatının sədri söyləyib: İranın düşmənləri İran İslam Respublikasının nüvə sənayesinə malik olmasına qarşı idilər və qarşıdırlar, lakin hamı bilir ki, nüvə sənayesi strateji bir sənaye olub, insanların həyatında birbaşa rola malikdir və nüvə yanacağı dövriyyəsinin kənarında/ nüvə reaktorlarının dizaynı, düzəldilməsi və saxlanılması qüdrəti də yaranıb.

İranın iş gündəmində 20 min meqavatlıq elektrik enerjisinin istehsalı üzrə inşa işləri durur- deyən İslami qeyd edibdir ki: İranın cənubunda- Buşehr Atom Elektrik Stansiyasında inkişaf layihələri həyata keçirilir və bu layihənin xarici tərəfi olan Rusiya/ işin irəliləyişi öhdəliyinə malikdir.

İslami// İran-MAQATE əməkdaşlıqları haqda da danışıb: İranın agentliklə həmkarlıqlar çərçivəsi, zəmanət formasında davam edir və bu həmkarlıq istiqaməti dörd ziddiyyətli məkandan iki məkanadək azalıbdır.

İranın on üçüncü dövlətinin ilk nailiyyət və tədbirlər sərgisi/ «Xidmət hekayəti» adı altında və «Vəd və vəfa!» şüarı ilə dünən işə başlayıb.

Sərginin ikinci günündə İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslaminin iştirakı ilə/ «Radionukleid Sezium-137» nailiyyətlərinin təqdimatı keçirilib.