Tehran Pakistanda törədilən terror aktını pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı Pakistanın Hayber-Paxtunxva əyalətində 26 pakistanlı hərbçinin ölümü və yaralanması ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Pakistan hökuməti və ordusuna və həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da X sosial şəbəkəsində Pkaistanda törədilən terror aktına reaksiya verib.
O, özünün Tvitter hesabında yazıb: "Pakistanın Bacaur şəhərində törədilən terror aktını qətiyyətlə pisləyirəm və pakistanlı həmkarım Bilaval Bhutto Zərdari, Pakistan hökuməti və xalqına və bu hadisədə həlak olanların ailələrinə səmimi başsağlığı verirəm".
"Terrorçuluq və ekstremizmlə effektiv mübarizə iki ölkənin ümumi təhlükəsizlik məsələsidir. Terrorizm zəmanəmizin dəhşətli hadisəsidir", - deyə Əmir Abdullahian əlavə edib.
Qeyd edək ki, cümə axşamı günü Xeyber-Paxtunxvada motosikletli kamikadzenin hərbi konvoyu hədəf alarkən partlaması nəticəsində 9 hərbçi həlak olub, ən azı 17 nəfər isə yaralanıb.