Sen 03, 2023 17:15 Asia/Baku
  • BRİKS-ə üzvlük İrana qarşı təcrid planını iflasa uğratdı

İranlı millət vəkili: Təkqütblü iqtisadiyyat çökdü

İran parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini bu dövlətin BRİKS-də iştirakının ilk mesajını İrana qarşı təcrid planının məğlubiyyəti kimi dəyərləndirib.

 İbrahim Əzizi İRNA-nın parlament müxbirinə müsahibəsində bu barədə deyib: “İllərdir Amerika və müttəfiqləri İranı təcrid etməyə çalışırlar, lakin İslam Respublikası qarşılıqlı əlaqələrini gücləndirməklə İrana qarşı təcrid planını iflasa uğratdı. Belə ki, İranın BRİKS-də mövcudluğunun ilk mesajı İrana qarşı təcrid planının uğursuzluğa düçar olmasıdır.”

O, İranın BRİKS-ə üzv olmasının ikinci mesajının, təkqütblü iqtisadiyyatın çökməsi adlandıraraq deyib ki, avropalılar və qərblilər təkqütblü iqtisadiyyata diqqət yetirdilər və təktərəfliliyi fəaliyyətin əsasına çevirdilər. İranın BRİKS-ə qoşulması amerikalılar əsas olmaqla mərkəzləşmiş təktərəfliliyin birqütblü iqtisadi layihəsinin iflasa uğraması deməkdir. Çünki İranın bu qrupa qoşulması və BRİKS-in güclənməsi ilə biz dünya iqtisadiyyatının Amerika və müttəfiqlərinin pəncəsindən çıxarılmasının şahidi oluruq.

Şiraz əhalisini İşlami Şura Məclisində təmsil edən deputat İranın müxtəlif sahələrdəki imkanlarına toxunaraq qeyd edib: “İran unikal neft, qaz və faydalı qazıntı ehtiyatları və strateji mövqedə yerləşməsi ilə BRİKS-də mühüm rol oynaya bilər. Ona görə də üzv olaraq qəbulu həm İran üçün önəmlidir, həm də BRİKS-ə İran İslam Respublikasının imkanlarından istifadə etmək üçün yaxşı imkan yaradır.”

Əzizi onu da vurğulayıb ki, BRİKS inkişaf etməkdə olan bazarların səsidir, qlobal iqtisadiyyatın inkişafına və tarazlığına çatmaq üçün bir fürsətdir və dünyanın siyasi iqtisadi oyun qaydalarını dəyişəcək.

13-cü hökumətdə diplomatiyanın nailiyyətlərinə toxunan millət vəkili sonda deyib: “İranın BRİKS-ə üzv olması 13-cü hökumətin diplomatiya sahəsində uğurlarından biridir. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük və qonşularla xüsusi ünsiyyət, gərginliyin azaldılması 13-cü hökumətin diqqət mərkəzində saxladığı diplomatiya sahəsində mühüm nailiyyətlərindən biridir.”

 

Teqlər