Sen 06, 2023 16:58 Asia/Baku
  • Müəzzəm Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri tələbələrlə İmam Hüseynin (ə) "Ərbəin" mərasimi münasibətilə keçirilən əzadarlıqda buyurublar ki, "Dayanıqlılıq göstərsəniz, zirvəni fəth edəcəksiniz"

İmam Hüseynin " Ərbəin " günü münasibəti ilə bu səhər (çərşənbə günü) İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hüzurunda tələbələr heyətinin iştirakı ilə matəm mərasimi keçirilib.

Bu mərasimdə Həzrət Əba Əbdillih Hüseyn (ə) və onun vəfalı səhabələrinin əzadarlığında mərsiyələr söylənilmiş və "Ərbəin" ziyarəti oxunmuşdur.

Müəzzəm Rəhbərin informasiya mərkəzinin məlumatına əsasən, Ayətullahul Uzma Xamenei öz gözəl çıxışında, keçirilmiş hər bir əzadarlıq məclislərinin  və İmam Hüseynə (ə) edilmiş hər təvəssülün heç zaman sönməyən mənəviyyat çırağına və daim nur saçan Hüseyn məşələinə bağlılıq və ünsiyyətə zəmin yaradatdığını və onun bütün problemlərin həllində əsas ünsür olduğunu qeyd edərək buyurublar ki, "ən mühüm məsələ doğru yolla yaranmış bu bağlılıq və əlaqəni qorumaqdır, bu isə, qətiyyət və əzmkarlıq tələb edir.

O Həzrət tələbələrin nəzərinə çatdırmışlar ki, " Dayanıqlılıq göstərsəniz, zirvəni fəth edəcəksiniz və Allahın dininin hökmranlığı və haqq və ədalətin hakim olduğu zirvəyə çatacaqsınız"

İslam İnqilabının Ali Məqamlı Rəhbəri gənclərin ümid mənbəyi olduğunu vurğulayaraq, Nəcəfdən Kərbəlaya gedən Ərbəin yürüşündə, eləcə də ölkənin digər şəhərlərində xalqın, xüsusilə də gənclərin böyük şövqlə iştirakını xatırladaraq buyurublar ki “ Ərbəin yürüşündə möhkəm addımalırnızla irəlilədiyiniz kimi, Tövhid hakimiyyəti uğrunda da möhkəm və iradəli addım atın və həmişə Hüseyn kimi yaşayın və Hüseyn kimi qalın"

 

Teqlər