İran “Ərəb-yapon” görüşünün üç ada ilə bağlı bəyanatını rədd etdi
Sen 07, 2023 15:18 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qahirədə keçirilən Ərəb-Yapon siyasi dialoq görüşünün birgə bəyanatı ilə bağlı açıqlama verərək bildirib ki, “Əbu Musa”, “Böyük Tomb” və “Kiçik Tomb” adaları İran İslam Respublikasının ayrılmaz və əbədi hissəsidir və yuxarıda adı çəkilən görüşün yekun bəyanatında onların qeyd edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur.
Kənani sözügedən bəyanatda İranın üç adasının adının çəkilməsini qəti şəkildə rədd edərək, bunu beynəlxalq hüquq qaydalarına, o cümlədən ölkənin daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət prinsipinə zidd hesab edib.