İran hərbi qüvvələrinin şimal sərhədlərinə toplaşması təkzib edilib
İranın yüksək vəzifəli hərbi rəsmisi iranlı qüvvələrin Ermənistana girmək üçün şimal sərhədlərinə toplaşmaları barədə yayılan şayiələri təkzib edib.
İran Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini- general-mayor Məhəmməd Əhədi/ Azərbaycan Respublikasının APA informasiya agentliyi müxbirinin/ iranlı qüvvələrin şimal sərhədlərinə toplaşmaları və Azərbaycan Respublikası ilə ehtimal edilən müharibədə bu qüvvələrin Ermənistan ərazisinə girmələri ehtimalı barədəki sualını belə cavablandırıb: Bu xəbər tamamilə əsassızdır və İranın yüksək səviyyəli hərbi heyətinin Bakıda olduğu zamanda, bu kimi xəbərlərin yayılması, mütləq şəkildə əsassızdır.
O, əlavə edib: Bir neçə gün bundan əvvəl də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Azərbaycan Respublikasının müdafiə naziri arasında səmimi telefon danışığı olub və iki ölkə arasında çox yaxşı əlaqələr bərqərardır.
Ötən günlər ərzində/ İran İslam Respublikasının Ermənistan müharibəsi barədə regional tərəflərə xəbərdarlığı haqda şayiələr yayılmışdı. Həmin şayiələrdə qeyd edilirdi ki, İran/ Azərbaycan-Ermənistan müharibəsi təqdirində, Ermənistan ərazisinə daxil olacaq.
Dünən Azərbaycan Respublikasının müdafiə naziri- general-polkovnik Zakir Həsənov və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini- general-mayor Məhəmməd Əhədinin iştirakı ilə/ İran və Azərbaycan Respublikasının müdafiə və hərbi əməkdaşlıqlar üzrə birgə komissiyasının üçüncü iclası keçirilib.