“Hacı Qasim” raketi “İsraili vuran” raketdir
İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sözçüsü “Hac Qasim” raketinə işarə edərək, onu “İsraili vuran” raket adlandırıb.
Məlumata görə, Sərdar Rza Təlai Nik “Kəbudərahəng şəhidləri” abidəsinin anım mərasimində çıxış edərək deyib ki, İslam İnqilabının qələbəsindən öncə İranda cəmi 31 adda hərbi məhsul istehsal olunurdu, lakin indi isə, ölkənin peşəkar mütəxəssislərinin səyi ilə 800-dən çox adda daxili məhsul istehsal edilir.
O, “Hac Qasim” raketinin, 1000 km mənzilli “Dezful” və 700 km mənzilli “Zülfiqar” raketlərindən sonra ölkədə ən uzun mənzilli taktiki bərk yanacaqlı ballistik raket olduğunu bildirib. “Bavər 373” raket sistemini haqqında isə danışarkən qeyd edib ki, bu raket sistemi yerli müdafiə sistemidir və bu sistemdə hər cür avadanlıq və minlərlə hissə istifadə olunur. Onlar arasında müxtəlif radar sistemləri, identifikasiya və nişan alma sistemi başlıca yer alır. Bir vaxtlar Rusiyanın S300 sistemlərinə ehtiyacımız var idi və indi isə, biz artıq ən qabaqcıl müdafiə sistemlərinə sahibik və bu bizim ixtiyarımızdadır.
İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sözçüsü bildirib ki, biz fəxr edirik ki, istehsal olunan “Səyyad”, “Xürrəmşəhr” və “Dezful” raketləri kimi qabaqcıl silah və texnikalarla təchiz edilmiş yeni nəsil raket sistemləri silah arsenalımıza əlavə edilib.
General Rza Təlai Nik daha sonra çıxışında deyib ki, “Müqəddəs Müdafiə dövründə müxtəlif ölkələr, o cümlədən keçmiş Sovet İttifaqı, Fransa, Almaniya, İtaliya, İsveçrə İraq Bəs rejiminəə texnika, silah və bu kimi minlərlə hərbi sursatlar yardımı edirdi, lakin Cihad və şəhidlik cəbhəsi bütün bunların hamısına qalib gələr düşmən cəbhəsinə qəlbə çaldı.