İran Atom Enerjisi Təşkilatının başçısı Qrossi ilə Vyanada görüşdü
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransı çərçivəsində MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru X sosial şəbəkəsində paylaşım edərək bu görüşüolduqca vacib adlandırmış və qeyd etmişdir ki, “Mən agentliyin qarşılıqlı fəaliyyət və konkret irəliləyiş üçün bu istəyi bildirirəm. 4 mart bəyanatının təqdimatında mən İranın nüvə proqramının yalnız sülh məqsədi daşıdığına dair etibarlı təminatları vurğulamışdım”
Məhəmməd İslami həmçinin Agentliyin ümumi konfransında çıxışı zamanı bildirib ki, İran İslam Respublikası hər zaman olduğu kimi, Birgə Kompleks Fəaliyyət Planına (CSA-INFCIRC/214) əsaslanan öhdəliklərinə sadiqdir və öz öhdəliklərini yerinə yetirməkdə bütün səylərini göstərmişdir. Bu isə, agentliyə İranda yoxlama fəaliyyətini asanlıqla davam etdirməsi üçün bütün imkanları vermək deməkdir.
O sözünün davamında deyib ki, İranın bütün nüvə materialları və fəaliyyətləri Agentlik tərəfindən tam şəkildə bəyanı təsdiq edilmişdir, buna görə də İran İslam Respublikası tam nikbinliklə gözləyir ki, Agentlik İranın yoxlama fəaliyyətini neytrallıq, peşəkarlıq və reallıq prinsipləri əsasında xəbər verəcəkdir.