Sen 28, 2023 19:21 Asia/Baku

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakainin məşhur Xəbər Onlayn nəşrində Azərbaycan və Ermənistan arasında gedən son hadisələri və Qarabağın həmişə aid olduğu Azərbaycan Respublikasına qayıtmasını şərh edən məqaləsi dərc edilib.

“Paşinyanın ağıllı qərarı” başlıqlı məqalədə keçmiş səfir Ermənistan baş nazirinin hakimiyyətə gəldiyi gündən öz sələflərinin əksinə olaraq Ermənistanı Qarabağ münaqişəsindən eləcə də  Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti və ərazi iddialarından mənşə alan böhranlardan xilas etmək qərarını alqışlayıb.

Möhsün Pakain 20-ci əsrin axırlarında Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikası xalqının xüsusiylə Qarabağ müsəlmanlarının məruz qaldıqları saysız hesabsız əzab əziyyətləri yada salaraq yazır: “ Faciə o qədər böyük idi ki, islam inqilabının aliməqam rəhbəri Ayətullah Xamenei 1994-ce il 27 iyul tarixində Təbriz əhalisi qarşısında etdiyi çıxışında bildirdi ki, Ermənistan dövləti və Qarabağ erməniləri regionun müsəlman sakinlərinə zülm edirlər və İran Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdiyi son hərəkətlərini pisləyir və İran daxilində yaşayan ermənilərdən də o ərazidəki ermənilərin rəftarların pisləyəcəklərini gözləyirik.

Möhsün Pakain Ermənistanın və ifratçı Qarabağ ermənilərinin bu hərəkətlərinin törətdiyi fəsadları sadalayaraq bundan sadəcə əcnəbi dövlətlər və sionist rejimin faydalandığını Ermənistan və Azərbaycanın isə itirdiklərini vurğulayıb.

İranın Azərbaycandakı keçmiş səfiri Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən sonra onun Ermənistanı yoxsulluq və səfalətdən xilas etmək şüarı və inqilabçı bir hətəkətdə Qarabağ münaqişəsinin hərhansı həlli üçün Azərbaycan Respublikasına məqbul bir variyanta təkid etməsi Azərbaycanın Qarabağa hakimiyyət hüququnu dolayısı ilə tanımaq anlamına gəlirdi. Paşinyan 44 günlük müharibədən sonra üçtərəfli bəyanatı imzaladıqdan sonra Azərbaycan prezidenti ilə Praqadakı görüşündə birmənalı şəkildə Azərbaycan Respublikasının 86600 kvadrat km-lik ərazilərini tanımağa hazır olduğunu bildirdi. İlham Əliyev də ayrı-ayrı çıxışlarında Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu dilə gətirdi. Qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması Azərbaycan Respublikasının Qarabağa və Laçın dəhlizinə suveren hüququnu və Ermənistanın Sivnik vilayətinə və Zəngəzur adlandırılan dəhlizə suveren nəzarətini təsbit etmiş oldu.

Pakainə görə, Paşinyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıması Qafqazda dağıdıcı əbəs bir müharibəyə son qoymaqdan əlavə Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımasına səbəb oldu və bu da Sivnin rayonunda müharibə ehtimalını sıfırlamış oldu.

İranlı diplomat öz məqaləsində Ermənistanın keçmiş rəhbərlərini qınayaraq yazır: “ Elə 1991-ci ildə bəlli idi ki Qarabağın Azərbaycan Respublikasından ayrılması qeyri-mümkündür. Əgər Ermənistanın keçmiş rəhbərləri etnik milliyyətçilik üzərində dayanmaqdansa bu ölkənin milli mənafeyini düşünsəydilər bu münaqişə çoxdan həll olunmuş olacaqdı.

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri sonra belə yazır: Ümumiyyətlə Azərbaycan Respublikası və Ermənistanın ərazi bütövlüklərinin mühafizə edilməsi ilə  Qafqazda ədalətli və davamlı sülhün təmin olunması, beynəlxalq sərhədlərin dəyişdirilməməsi  və Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması regionda təhlükəsizlik və stabillik yaradacaq. Qafqaz ölkələrinin rəhbərləri biri-birinə qarşı tarixi iddiaları unutmalı onları tarixçilərə buraxmalıdırlar.

Möhsün Pakain Xəbər Onlayn nəşrində dərc olunan məqaləsini belə bitirir: Hazırkı zamanda Qarabağın əsas aid olduğu ölkəyə qaytarılması və Ermənistanın da Sivnik rayonuna hakimiyyətinin təmin edilməsi üzrə Bakı-İrəvan razılaşmasını dəstəkləmək bütün region ölkələri xüsusiylə Türkiyənin vəzifəsi və üzərinə düşən məsuliyyətdir. Bu da Qafqaz xalqlarının mənafeləri istiqamətində növbəti əməkdaşlıqların yolunu açacaqdır.

 

Teqlər