37-ci beynəlxalq islami birlik konfransı başlanıb
https://azeri.sahartv.ir/news/İran-i404080-37_ci_beynəlxalq_islami_birlik_konfransı_başlanıb
İran İslam Respublikası prezidentinin iştirakı ilə Tehranda otuz yeddinci beynəlxalq islami birlik konfransı işə başlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 01, 2023 12:27 Asia/Baku
  • 37-ci beynəlxalq islami birlik konfransı başlanıb

İran İslam Respublikası prezidentinin iştirakı ilə Tehranda otuz yeddinci beynəlxalq islami birlik konfransı işə başlayıb.

İslami məzhəblərin yaxınlaşdırılması üzrə ümumdünya assambleyasının baş katibi höccətülislam Həmid Şəhriyari konfransın tədbirləri haqda məlumat təqdim edib.

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi konfransın açılış mərasimində bildirib ki, təslim və saziş seçimi masa üzərindən götürülüb. O, sionist rejimlə münasibətlərin normallaşdırılmasını geriyə addım adlandırb.

Rəisi deyib: Bu gün birlik/ məzhəblər və ya coğrafiyada deyil, islami ümmətin maraqlarının qorunması üzrə ittifaq və birlikdədir.

Otuz yeddinci beynəlxalq islami birlik konfransının qonaqları qırx bir ölkədən yüz on yüksək səviyyəli  mütəfəkkirə,/ həmçinin ziyalı qadınlar, mədəniyyət orqanları, imamcümə və imamcamaatlar kimi daxili rəsmilər və elitadan olan yüz on nəfərə şamil olur.