İsveç hökuməti insan hüquqlarının əsas prinsiplərinə sadiq qalmalıdır
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: İsveç hökumətinin təsirli və real tədbirlər görmək yolu ilə dinlərin dinc yanaşı yaşamaları, həmçinin etikanın yayılması üzrə səy və insan hüquqlarının əsas prinsiplərinə ciddi şəkildə sadiq qalmaqla müsəlmanların ən ibtidai tələbinə məsuliyyətlə cavab verəcəyi gözlənilir.
Nasir Kənani-Çafi İsveçdə Qurani-Kərimin müqəddəsliyinə yenidən hörmətsizlik edilməsinə reaksiyada əlavə edib: Təəssüflə, insan hüquqlarının əsas prinsiplərilə təzad təşkil edən bir addımda islami müqəddəslərə qarşı həyasızlıq təkrar olmaqdadır.
Kənani-Çafi deyib: Başqalarının hüquqlarına təcavüzə mane olmaq və təhlükəsizliyi qorumaq/ ən mühüm məsuliyyətlərindən hesab edilən İsveç polisinin zəif iştirakı qarşısında iki milyarddan çox müsəlmanın dəyərləri və hüquqlarına təcavüz, hörmətsizlik və nifrətyayma hərəkətləri edilibdir ki, əlbəttə, bunlar/ dünyanın həqiqət axtaran azad düşüncəli insanlarının zehinlərindən silinməyəcəkdir.
İsveçdə bir neçə dəfə baş verən Qurani-Kərimə hörmətsizliyin ardınca İran İslam Respublikası İsveçin Tehrandakı yeni səfirini qəbul etməkdən imtina edib və Stokholma yola düşməli olan İranın İsveçdəki yeni səfirinin tapşırıq yerinə getməsi də İsveç hökumətinin bu məsələdəki yanaşmasının dəyişəcəyi zamanadək dayandırılıbdır.