7 Oktyabr tufanı sionist rejimin bərpaolunmaz məğlubiyyətidir
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Sionist rejimin «Əl-Əqsa tufanı» hücumunda məğlub olması hərbi və kəşfiyyat baxımından bərpaedilməz bir məğlubiyyət və dağıdıcı bir zəlzələdir. Qəsbkar rejimin qərblilərin bütün köməklərilə bu hadisənin öz hakimiyyət strukturlarına dərin zərbələrini bərpa edə biləcəyi mümkünsüz görünür.
İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikası Silahllı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün silahlı qüvvələrin zabit akademiyaları tələbələrinin birgə təhsil mərasimində sionist rejimin fələstinli gənclərin son qəhrəmanlığındakı bərpaedilməz məğlubiyyətinə işarə ilə, vurğulayıblar: Bu dağıdıcı tufanın yaradılmasının amili, qəsbkar saxta rejimin Fələstin xalqının haqqındakı ardıcıl zülmü, cinayəti və vəhşilik xislətidir. Bu rejim yalan söyləmək və özünü məzlum göstərməklə Qəzzəyə qarşı hücumda və onun əhalisini qətli-am etməkdəki div xislətli və bədheybət simasını gizlədə, həmçinin cəfəngiyyatlar söyləməklə fələstinli gənclərin şücaətləri və sayıqcasına planlaşdırmalarını qeyri-fələstinlilərin üzərinə ata bilməz.
Sionist rejim yeddi oktyabr- fələstinli gənclərin şücaətli qəhrəmanlığı günündən sonra/ daha əvvəlki sionist rejim deyildir- deyən İnqilab Rəhbəri əlavə ediblər ki: Bu böyük bəlanın amili, sionistlərin öz əməlləridir. Çünki yırtıcılıq xisləti və vəhşiliyinizi həddən çıxardığınız vaxt, «tufan»ı gözləməlisiz.
O həzrət fələstinli döyüşçülərin şücaətli və fədakarcasına hərəkətlərini işğalçıların uzun illərdəki cinayətlərinə və onların son aylarda artmasına bir cavab hesab və belə əlavə ediblər: Son hadisənin müqəssiri, məzlum Fələstin xalqının haqqında əlindən gələn hər hansı vəhşicəsinə hərəkəti əsirgəməyən qəsbkar rejimə hakim kəsilmiş hazırkı hökumətdir.
İşğalçı rejimin xəbisliyi və şər işlərinə işarə edən Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Müasir tarixdə heç bir müsəlman xalq Fələstin xalqı qədər sionist rejimin qəddarlığı, həyasızlığı və düşmənçiliyi ilə üzləşməyib və bu xalq qədər təzyiq, blokada və çatışmazllq altında qalmayıbdır. Eyni zamanda, Amerika və İngiltərə saxta dövləti himayə etdikləri qədər heç bir zalım dövləti himayə etməyiblər.
O həzrət fələstinli qadın, kişi, uşaq və yaşlıların qırğın olunmaları, Məscidüləqsaya qarşı hörmətsizliyi, namazqılanların təpiklə döyəclənmələri və silahlı sionist qəsəbə sakinlərinin Fələstin xalqının canına salınmasını, sionist rejimin cinayətlərindən adlandırıb və belə əlavə ediblər: Görən, qeyrətli və bir neçə minillik keçmişə malik olan Fələstin xalqının bir belə zülm və cinayət qarşısında «tufan» təşkil etməkdən başqa bir çarəsi var idimi?
Həzrət Ayətullahuluzma Xamenei xəbis sionist rejimin bu məsələni dünya xalqlarının ümumi fikrinə təlqin etmək üçün dünyanın imperialist medialarının köməyi ilə özünü məzlum göstərmək üzrə səyinə işarə ilə, deyiblər: Bu məzlumluq nümayişi yüz faiz gerçəklikdən uzaq və yalandır və heç kəs divxislətli bədheybətdən məzlum sima yarada bilməz.
İran İslam Respublikası Silahllı Qüvvələrinin Ali Baş Komandanı həmçinin İmam Əli(ə) adına zabit akademiyası tələbələrinin birgə təhsil mərasimindəki çıxışının əvvəlində silahlı qüvvələri milli kimlik, izzət və təhlükəsizliyin polad qalası adlandırb və belə əlavə ediblər: Milli təhlükəsizlik ölkənin inkişafında rola malik olan bütün mühüm proqramların infrasturkturudur. Belə ki, əgər təhlükəsizlik olmazsa, heç bir şey olmaz.