İranın 3,3 milyon barel neft hasilatı rekord qırdı
https://azeri.sahartv.ir/news/İran-i404524-İranın_3_3_milyon_barel_neft_hasilatı_rekord_qırdı
İran Milli Neft Şirkətinin baş direktoru İranın neft hasilatının 3,3 milyon barrelə çatdığını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2023 15:54 Asia/Baku
  • İranın 3,3 milyon barel neft hasilatı rekord qırdı

İran Milli Neft Şirkətinin baş direktoru İranın neft hasilatının 3,3 milyon barrelə çatdığını açıqlayıb.

Məlum sanksiyalara baxmayaraq, son illərdə İranın neft hasilatı və ixracı artıb.

Milli Neft Şirkətinin baş direktoru Möhsün Xocəstəmehr deyib ki, Biz cari ilin sonuna qədər neft hasilatını sutkada 3 milyon 300 min bareldən çox artırmaq istəyirik.

Məlumata görə, Xocəstəmehr açıqlamasında bildirib ki, İranın Ruisya ilə neft və qaz danışıqları davam edir və bu haqda detallar  gələcəkdə açıqlanacaq.

İran Milli Neft Şirkətinin baş direktoru “Cənubi Yaran”, “Şimali Yaran” və “Söhrab” kimi yataqlarının işlənməsi üzrə müqaviləyə də toxunaraq deyib ki, Sepehr və Cəfir yataqlarından gündəlik neft hasilatı keçən həftə 20.000 barel neft hasilatı ilə öz işinə başlayıb.