Okt 17, 2023 13:08 Asia/Baku
  • Rəisi: Qəzzəyə qurudan hücum uzunmüddətli müharibəyə səbəb ola bilər.

İran İslam Respublıikasının prezidenti Qəzzə əhalisinə qarşı blokada, qadın və uşaqların qətliam edilməsi və qurudan hücumla bağlı xəbərdarlıq edib.

Seyid İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə deyib ki, sionist İsrail rejiminin Qəzzə zolağındakı hərəkətləri Yaxın Şərq regionunda uzunmüddətli müharibəyə səbəb ola bilər.

O, daha sonra Rusiyanın Qəzzədə sionist rejimin hərbi cinayətləri və soyqırımını pisləməsi istiqamətindəki mövqelərini müsbət qiymətləndirib və deyib: “Qəzzədə baş verənləri nəzərə alsaq, müharibə və qarşıdurmaların miqyasının digər cəbhələrə də genişlənməsi ehtimalı var, əgər bu baş verərsə, vəziyyətə nəzarət etmək daha çətin olacaq. Ona görə də biz bütün dövlətlərdən və beynəlxalq təşkilatlardan, o cümlədən Rusiyadan BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sionist rejimin hərbi cinayətlərinin dayandırılmasında daha təsirli rol oynamasını gözləyirik”.

Prezident əlavə edib: “Sionist rejim alçaldıcı məğlubiyyətinin əvəzini çıxmaq məqsədi ilə Qəzzədə cinayətlərini artırıb və müdafiəsiz mülki əhalini soyqırımına məruz qoyur”.

Onun sözlərinə görə, kütləvi və kor-koranə bombardmanlar, yaşayış məntəqələrinə qarşı ağır və qeyri-ənənəvi silah və texnikanın tətbiqi, digər tərəfdən isə əhalinin öz ev-eşiyini, yurd-yuvasını tərk etməyə məcbur edilməsi insanlığa qarşı cinayətlərin mütləq bariz nümunələridir.

İran İslam Respublikasının prezidenti, həmçinin Qərb ölkələrinin və xüsusilə də ABŞ-ın sionist rejimi dəstəkləməsini sionistlərin Qəzzədə soyqırımı gücləndirməsinin əsas amili adlandırıb.

Rəisi sonra Rusiya prezidentinin İranın qarşıdurmaların dayandırılmasındakı rolu barədə deyib: “Biz dəfələrlə Fələstinə dəstək olmağın İslam Respublikasının xarici siyasətinin prioriteti olduğunu bəyan etmişik. Lakin müqavimət qruplarının özləri qərar verməkdə müstəqildirlər. Ona görə də müqavimət qruplarının sionist təcavüzünə qarşı hər hansı hərəkəti hər kəs tərəfindən dəstəklənməlidir, çünki bu, qanuni özünümüdafiədir.

Bundan əvvəl Rəisi türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla da bölgədəki vəziyyəti müzakirə edib.

 

Teqlər