Okt 17, 2023 18:15 Asia/Baku
  • Əgər Qəzzə cinayətləri dayandırılmazsa, müqavimətin qarşısını almaq olmaz

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Müsəlman xalqlar və hətta dünyadakı qeyri-müsəlman xalqlar Qüdsü işğal etmiş rejimin cari cinayətlərindən ciddi surətdə əsəbidirlər və əgər bu vəhşiliklər davam edərsə, dünya müsəlmanları və müqavimət qüvvələri tab gətirməyəcəklər və daha bir kəs onların qarşısını ala bilməz.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın elmi istedadlarından bir qrupu ilə görüşdə sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırımı cinayətlərinə işarə ilə, bombardmanların dərhal kəsilməsinin vacibliyinə təkid ediblər.

Həzrət Ayətullahuluzma Xamenei Fələstindəki cari olayları bütün dünya xalqlarının gözləri önündə törədilən aşkar soyqırımı və sionist rejimin aşkar cinayətləri adlandırıb və belə söyləyiblər: Bəzi ölkələrin məsul şəxslərinin İran İslam Respublikası rəsmilərilə söhbətlərdəki etirazları bu olübdur ki, nə üçün fələstinlilər mülkiləri öldürüblər? Bu söz, həqiqətə uyğun deyil, çünki qəsəbələrin sakinləri mülki deyildirlər. Onlar silahlıdırlar, lakin hətta mülki olduqlarını fərz etsək belə, qəsbkar İsrail rejimi həmin miqdarın yüz qatı qədər, yəni bir neçə min mülki qadın, uşaq, qoca və gənci öldürüb və mülkilərin yaşadıqları məkan olduğunu bildiyi halda, binalar və izdihamlı mərkəzləri bombalamaqla dünya xalqlarının gözləri önündə cinayət törətməkdədir.

Qəsbkar sionist dövləti məzlum Fələstin xalqına qarşı xeyli sayda cinayət törətdiyinə görə, mütləq şəkildə mühakimə olunmalıdır- deyən İnqilab Rəhbəri Amerika hökumətinin qəsbkar rejimin siyasətlərində məsuliyyət daşıdığını bildirib və belə əlavə ediblər: Xeyli sayda məlumata əsasən, sionist rejimin cari siyasətini amerikalılar tənzim edirlər və Amerika bu hadisədə məsuliyyət daşıyır və öz məsuliyyətini tanımalıdır.

Qəzzə zolağının bombardmanı dərhal kəsilməlidir- deyən İnqilab Rəhbəri islami ölkələrdəki müsəlman xalqların və hətta Amerika və Avropadakı qeyri-müsəlman xalqların toplantılarını/ xalqların sionist rejimin cinayətlərindən ciddi şəkildə əsəbiləşmələrinin nişanəsi adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əlbəttə, sionist rejim hər iş görürsə-görsün, «Ələqsa Tufanı» əməliyyatındakı biabırçı məğlubiyyətinin əvəzini çıxa bilməz.

 

Teqlər