Şəmxani: Bütün cinayətlərə görə ABŞ məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/İran-i404753-Şəmxani_bütün_cinayətlərə_görə_abŞ_məsuliyyət_daşıyır
İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani bəyan edib ki, ABŞ İsrail rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2023 15:36 Asia/Baku
  • Şəmxani: Bütün cinayətlərə görə ABŞ məsuliyyət daşıyır

İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani bəyan edib ki, ABŞ İsrail rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır.

Şamxani bildirib: “ABŞ-ın bölgədə geniş miqyasda mövcudluğu, həmçinin daha çox qətllər üçün İsraili pul və silahla təmin etməsi və son böhranda mediada Təl-Əvivə siyasi dəstək verməsi sübuta yetirilib. Sionist ordu işğal olunmuş Fələstində ABŞ-ın nümayəndəsidir və Vaşinqton bütün cinayətlərə görə məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, ABŞ ölkələrə Qəzzənin müdafiəsiz xalqına kömək etməmək barədə xəbərdarlıq edir, eyni zamanda özləri sionistlərə misli görünməmiş hərbi, kəşfiyyat, maliyyə və media dəstəyi verirlər:

“Bəzi hökumətlər məzlum Fələstin xalqının soyqırımı ilə nəticələnəcək bu proseslə razılaşa bilər, lakin dünyanın azad insanları və müqavimət qüvvələri fələstinlilərə qarşı borcunu yerinə yetirəcək”, - deyə Müəzzəm Rəhbərin müşaviri vurğulayıb.