Əmir Abdullahian: Qərbi Asiyada vəziyyət narahatedici həddə çatıb
https://azeri.sahartv.ir/news/İran-i404832-Əmir_abdullahian_qərbi_asiyada_vəziyyət_narahatedici_həddə_çatıb
İranın xarici işlər naziri BMT Baş Assambleyasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün Nyu Yorka gəldikdən sonra jurnalistlərə açıqlamasında deyib: "Qərbi Asiya regionunda vəziyyət narahatedici həddə çatıb və hər an bütün tərəflərin nəzarətindən çıxması ehtimalı var".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2023 15:44 Asia/Baku
  • Əmir Abdullahian: Qərbi Asiyada vəziyyət narahatedici həddə çatıb

İranın xarici işlər naziri BMT Baş Assambleyasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün Nyu Yorka gəldikdən sonra jurnalistlərə açıqlamasında deyib: "Qərbi Asiya regionunda vəziyyət narahatedici həddə çatıb və hər an bütün tərəflərin nəzarətindən çıxması ehtimalı var".

"FARS" xəbər agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məzlum Fələstin xalqını dəstəkləmək üçün regional və beynəlxalq məsləhətləşmələrin davamında, BMT Baş Assambleyasının Fələstinlə bağlı fövqəladə iclasında iştirak etmək və beynəlxalq rəsmilərlə məsləhətləşmələri davam etdirmək üçün Nyu-Yorkdakı Con F Kennedi hava limanına daxil olub.

Əmir Abdullahian Nyu-Yorka daxil olduqdan sonra mətbuata açıqlamasında deyib: "Qəzzədə dinc əhaliyə qarşı davam edən qırğın və soyqırımı və ABŞ və bir neçə Avropa dövlətinin sionist rejimə kor-koranə amma hərtərəfli dəstəyi fonunda Qərbi Asiya regionunda vəziyyət bölgədəki bütün ölkələri narahat edən məqama çatıb və nəzarətin hər an bütün tərəflərin əlindən çıxması ehtimalı var".

İranın xarici işlər naziri əlavə edib: "Bu həftənin çərşənbə axşamı günü Təhlükəsizlik Şurasının iclasında Fələstin məsələsi müzakirə olundu və Braziliyanın xarici işlər naziri Təhlükəsizlik Şurasının hazırki sədri kimi məni bu iclasda iştirak etməyə dəvət etdi, lakin ona görə ki, bazar ertəsi günü gec saatlara qədərTehranda 3+3 formatında Cənubi Qafqaz görüşü keçirilirdi, çərşənbə axşamı Nyu-York görüşü üçün vaxtında gəlmək mümkün olmadı. nəticə etibarı ilə biz İranın regional hadisələrlə bağlı mövqeyini BMT Baş Assambleyasının iclasında açıqlayacağıq. Eyni zamanda bu, BMT-nin baş katibi Antonio Quterreş ilə regiondaki vəziyyətlə bağlı yaxından məsləhətləşmək üçün bir fürsətdir və Nyu-Yorkda qısa müddət ərzində qaldığım müddətdə bir neçə başqa proqramı da izləyəcəyik". 

İranın xarici işlər naziri Fələstin məsələsi bağlı təklif olunan qətnamələr haqqında deyib: "Rusiya, Amerika və Braziliya Fələstin məsələsi ilə bağlı qətnamə layihələrini təqdim ediblər. Yekunda ABŞ və Rusiyanın təklif etdiyi iki qətnamə layihəsi təsdiqlənmədi və indi Braziliyanın Təhlükəsizlik Şurasının hazırki sədri kimi təklif etdiyi layihə gündəmdədir".

Əmir Abdullahian ABŞ-ın təklif etdiyi qətnamə layihəsi ilə bağlı əlavə edib: "İran İslam Respublikasının Nyu-Yorkdaki Nümayəndəliyi Amerikanın birtərəfli qətnamə layihəsinin qəbulunun qarşısını almaq üçün aktiv fəaliyyət göstərdi, çünki bu, bizim axtardığımız, regionda sabitlik, təhlükəsizlik və sülhü təmin edən məqsədləri ehtiva etmirdi. Qəzzədə və İordan çayının qərb sahilində mülki insanlara qarşı müharibə cinayətlərinin və soyqırımın dərhal dayandırılması istənilən qətnamənin gündəliyinə daxil edilməlidir".

Əmir Abdullahina HƏMS-la bağlı vurğulayıb: "Biz həmişə yüksək səslə bəyan etmişik ki, HƏMAS iyrənc işğal fenomeninə qarşı fəaliyyət göstərən Fələstin azadlıq hərəkatıdır və bu məsələ ölkəsi və ya ərazisinin bir hissəsi işğal olunmuş azadlıq hərəkatlarına fəaliyyət hüququ verən beynəlxalq hüquqa əsaslanır". 

"Ona görə də müqavimət qrupları və Fələstin azadlıq qruplarının işğala qarşı mübarizədə fəaliyyətləri tamamilə beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən qaynaqlanır", - deyə o, qeyd edib.