İran Ordusunun Quru Qoşunları sabah "İqtidar-1402" təlimlərinə başlayır
https://azeri.sahartv.ir/news/İran-i404833-İran_ordusunun_quru_qoşunları_sabah_İqtidar_1402_təlimlərinə_başlayır
Sabah, cümə günü İran İslam Respublikası Ordusunun Quru Qoşunlarını İsfahanın "Nəsrabad" ümumi bölgəsində "İqtidar-1402" hərbi təlimlərinə başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2023 16:00 Asia/Baku
  • İran Ordusunun Quru Qoşunları sabah

Sabah, cümə günü İran İslam Respublikası Ordusunun Quru Qoşunlarını İsfahanın "Nəsrabad" ümumi bölgəsində "İqtidar-1402" hərbi təlimlərinə başlayacaq.

"Mehr" xəbər agentliyinin məlumatına görə, bu genişmiqyaslı hərbi təlimlər iki gün davam edəcək. 

Təlimdə piyada, zirehli, raket, artilleriya, hava qüvvələri, dron, mühəndislik, hava-desant, elektron müharibə, müasir döyüş, kiber və İnformasiya və kommunikasiya texnologiyaları bölmələri Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin dəstəyi ilə öz missiyasını yerinə yetirəcək.

Bu təlim əvvəlcədən müəyyən edilmiş planlara uyğun olaraq, qarşıdan gələn təhdidlərə qarşı mübarizə aparmaq və Ordunun Quru Qoşunlarının döyüş təşkilində dəyişikliklər məqsədilə ekspertlərin, qiymətləndiricilərin və silahlı qüvvələrin komandirlərinin nəzarəti altında keçiriləcək.