İran və Qətər xarici işlər nazirləri sionistlərin cinayətlərinin dərhal durdurulmasına təkid ediblər
İran və Qətər xarici işlər nazirləri bir telefon söhbətində sionist rejimin Qəzzədəki cinayətlərinin dərhal durdurulmasına təkid ediblər.
Hüseyn Əmir-Abdullahiyan öz siyasi məşvərətlərinin davamında Qətərin baş və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə son Qəzzə zolağı və Fələstin hadisələri ətrafında fikir mübadiləsi aparıb.
Qəzzə əhalisinə geniş və ardıcıl humanitar yardımların göndərilməsi sahəsində həmkarlıq, iki ölkənin xarici işlər nazirlərinin dialoqunun digər istiqamətlərindən biri olubdur.
İran xarici işlər naziri öz ərəbistanlı həmkarı ilə də son Qəzzə olayları barədə söhbət edib.
Əmir-Abdullahiyan və Bin Fərhan Qəzzə sakinlərinin zorla köçürülmələri ilə mübarizə, humanitar yardımların ardıcıl şəkildə göndərilməsi və sionistlərin fələstinli mülkilərə qarşı hücumlarının dərhal durdurulması üçün regional və beynəlxalq tədbirlərin görülməsinə təkid ediblər.