Noy 14, 2023 20:29 Asia/Baku
  • Qarşıdakı 6 ayda İran-Rusiya-Azərbaycan elektrik enerjisi mübadiləsinə səy göstərilir

Qarşıdakı altı ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin başlanacağına ümid edirik. Bunu, İranın energetika naziri bildirib.

Əli-Əkbər Mehrabiyan deyib: Bu, çox iqtisadi bir layihədir, çünki İran və Rusiyanın elektrik istehlaklarının pik həddi bir-birilərindən tamamilə fərqlənir. Başqa sözlə, Rusiyanın maksimum istehlaka malik olduğu zamanlar İran minimum istehlaka malik olur və bunun əksi də özünü təsdiq edir.

O, əlavə edib: Araşdırmalar həyata keçirilib və icra baxımından daha asan görünən və şəbəkə genişləndirməsinə ehtiyac duymayan marşrut, Azərbaycan marşrutudur.

 

 

Teqlər