İran və Türkiyə xarici işlər nazirləri Fələstin olayları barədə danışıblar
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Türkiyə xarici işlər nazir Hakan Fdan arasında telefon danışığı baş tutub.
Telefon söhbətində Fələstin olayları və bəzi ikitərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Əmir-Abdullahiyan sionist rejimin Qəzzədə və qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tam şəkildə durdurulması vacibliyini vurğulayıb.
İran və Türkiyə/ digər islami ölkələrlə yanaşı, Fələstin xalqını himayə istiqamətində daha güclü addımlar atmalıdırlar- deyə, İran xarici işlər naziri qeyd edib.
İki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıqlarının inkişaf etməkdə olan gedişatından razılıq edən Əmir-Abdullahiyan/ İran və Türkiyə arasındakı yüksək səviyyəli diplomatiyanın davam etdirilməsilə/ qarşılıqlı həmkarlıqların günü-gündən dərinləşəcəyi və güclənəcəyinə ümid bəslədiyini bildirib.
Türkiyə xarici işlər nazir Hakan Fdan da Ankaranın Qəzzədə atəşkəsin davam etməsi istiqamətində səy göstərməyə əzmkar olduğunu vurğulayıb.
O, həmçinin İran-Türkiyə əlaqələrini olduqca zəngin və genişmiqyaslı adlandırıb. Əmin olduğunu bildiribdir ki, iki ölkənin yüksək səviyyəli rəsmiləri arasındakı görüş və məşvərətlərin davam etməsi/ qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə verəcək.