Dek 06, 2023 13:45 Asia/Baku
  • İran Fars Körfvəzi Əməkdaşlıq Şurasının zirvə toplantısının yekun bəyanatını qınayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının 44-cü iclasının yekun bəyanatının İran İslam Respublikası ilə bağlı bəzi bəndlərindən təəssüfləndiyini bildirib və bunları qəbuledilməz və rədd edilmiş hesab edib.

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçıları Qətərin Doha şəhərində keçirilən 44-cü iclaslarının sonunda İranın Arəş qaz yatağı işi, dinc məqsədli nüvə məsələsi, müdafiə və çəkindirmə gücü və üç adası ilə bağlı saxta iddialarını təkrarlayıblar. 

Fars Körfəzi Əməkdaşlıq Şurası üç İran adası ilə bağlı təkrar iddiasının davamında Tehrandan bu məsələni BƏƏ ilə bir başa danışıqlar və ya beynəlxalq məhkəmə yolu ilə həll etməsini istəyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran İslam Respublikasının qəti və prinsipial mövqelərini vurğulayaraq, İranın üç adasını (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa) İran İslam Respublikasının ərazisinin əbədi və ayrılmaz hissəsi hesab edib və deyib: "İran İslam Respublikası bu adalarla bağlı hər hansı iddianı öz daxili torpaqları, suverenliyi və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirir və bunu qətiyyətlə pisləyir".

Kənani qeyd edib ki, İran İslam Respublikasının raket imkanları aydın və şəffaf hərbi doktrina çərçivəsindədir və çəkindirmə və milli təhlükəsizliyin qorunmasına əsaslanır və regionun təhlükəsizliyi üçün əsl təhlükə İslam ölkələri və regional sabitlik və təhlükəsizlik üçün əsas etibarsızlıq və təhdid mənbəyi kimi sionist rejimin və regiondan kənardan olan aktorların hərbi mövcudluğudur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının terrorizmə qarşı real mübarizədə, eləcə də dəniz təhlükəsizliyinin gücləndirilməsi və möhkəmləndirilməsində təhlükəsizlik rolunu vurğulayaraq, əlavə edib: İran İslam Respublikası hüquq və vəzifələr çərçivəsində beynəlxalq qanunlara və öhdəliklərinə həmişə sadiqdir və hərtərəfli təminat sazişi əsasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə konstruktiv əməkdaşlığı davam etdirir.

Kənani, İran İslam Respublikasının qonşularla mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq çərçivəsində münasibətləri gücləndirmək üzrə prinsipial siyasətinə toxunaraq, ölkəsinin qonşularla əməkdaşlıq və xarici müdaxilənin rədd edilməsi çərçivəsində sabit, təhlükəsiz və firavan regiona nail olmaq iradəsini vurğulayıb.

Teqlər