İranın XİN rəhbəri Müqavimətin təcavüzkarlara güclü cavab verməsini alqışlayıb
Əmir-Abdullahiyan: Yaxın günlər İsrail rejimi üçün çox dəhşətli olacaq
İran İslam Respublikasının xarici işlər naziri Qətərin baş naziri və xarici işlər naziri ilə telefon danışığında deyib ki, qarşıdakı günlər İsrail rejimi üçün çox dəhşətli olacaq.
İRNA-nın məlumatına görə, Hüseyn Əmir-Əbdullahiyan və Şeyx Məhəmməd bin Əbdülrəhman Ali-Sani çərşənbə günü axşam telefon danışığında Qəzzə və İordan çayının qərb sahilindəki son hadisələri və sionist rejimin Fələstinə qarşı hazırkı təcavüzünü müzakirə ediblər.
İsrail rejiminin Qəzzə və İordan çayının qərb sahilində qadınlara və uşaqlara qarşı cinayətlərini pisləyən iki ölkənin xarici işlər nazirləri beynəlxalq ictimaiyyətin təcili tədbirlər görərək İsrail rejimi tərəfindən müharibə cinayətləri, soyqırım və beynəlxalq qanunların açıq şəkildə pozulmasının dərhal dayandırılmasını istəyiblər.
Tərəflər Fələstin xalqına humanitar yardımın geniş şəkildə göndərilməsini də vurğulayıblar.
İran İslam Respublikası və Qətərin xarici işlər nazirləri həmçinin BMT-nin baş katibi Antonio Quterreşin İsrail rejiminin Qəzzə sakinlərinə qarşı hücumlarının dayandırılması istiqamətində səylərini və Qəzzədə baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında təklif olunan qətnaməni dəstəkləyiblər.
Əmir-Abdullahiyan bu telefon danışığında İslam müqavimətinin indiyə qədər İsrail rejiminin təcavüzlərinə güclü cavab verdiyini və bu tendensiya ilə qarşıdakı günlərin İsrail rejimi üçün çox dəhşətli olacağını da bəyan edib.