Rəisi: Müqavimətin sərhədləri artıq bölgədən bütün dünyaya genişlənib
https://azeri.sahartv.ir/news/İran-i406344-rəisi_müqavimətin_sərhədləri_artıq_bölgədən_bütün_dünyaya_genişlənib
İran İslam Respublikasının prezidenti bəyan edib ki, “Əl-Əqsa Tufanı” müqavimətin sərhədlərini bölgədən bütün dünyaya genişləndirdi.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 10, 2023 08:32 Asia/Baku
  • Rəisi: Müqavimətin sərhədləri artıq bölgədən bütün dünyaya genişlənib

İran İslam Respublikasının prezidenti bəyan edib ki, “Əl-Əqsa Tufanı” müqavimətin sərhədlərini bölgədən bütün dünyaya genişləndirdi.

Seyid İbrahim Rəisi Tehranda Suriyanın baş naziri Hüseyn Arnus ilə görüşündə bu məqama toxunaraq deyib: “İraq, Suriya, Yəmən və Livan xalqları Amerika və onun müttəfiqlərinə qalib gəldiyi kimi, Fələstin xalqının da bu cəbhədə qalib gələcəyinə şübhəmiz yoxdur”.

Prezident dünyanın ictimai rəyində sionist rejim və onun müttəfiqlərinə qarşı misli görünməmiş qəzəb və nifrəti İran İslam Respublikasının son 43 ildə bu rejimi saxta və cinayətkar kimi qiymətləndirərək tutduğu mövqenin düzgünlüyünün əlaməti hesab edib.