İsrail rejiminin Qəzzədəki qeyri-insani rəftarı İŞİD mahiyyətlidir
İran xarici işlər naziri deyib ki, sionist rejimin Qəzzə zolağında fələstinli əsirlərə qarşı qeyri-insani rəftarı bu rejimin İŞİD mahiyyətindən bir nişanə və nümunədir.
Hüseyn Əmir-Abdullahiyan bəzi ərəb və islami ölkələr də daxil olmaqla müxtəlif ölkələrin xarici işlər nazirlərindən bir qrupu və baş diplomatlarının iştirakı ilə keçirilən nazirlərin/ «İşğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti,/ insan hüquqları və beynəlxalq dostcasına insan hüquqları üzrə ümumdünya bəyannaməsi» adlı yüksək səviyyəli iclasında çıxış edib.
İran xarici işlər naziri öz çıxışında sionist rejimin cinayətkarcasına hücumlarının davam etməsi nəticəsində Qəzzə zolağında və qərb sahilində yaranmış nigaranedici insani şərait və Fələstin böhranının durumu barədə İranın baxışlarını şərh edib.
İran xarici işlər naziri sionist rejimin son iki ayda Qəzzə zolağında fələstinlilərə qarşı etdiyi əməlləri qəti şəkildə soyqırımı və hərbi cinayətin bariz nümunələri adlandırıb.
Əmir-Abdullahiyan İsrail rejiminin Qəzzə zolağına qarşı hücumları və qərb sahilindəki cinayətlərinin dərhal dayandırılması istiqamətində təsirli addımların atılması və humanitar yardımların göndərilməsini/ beynəlxalq ictimaiyyətin, BMT-nin və bu təşkilatın təhlükəsizlik şurasının təcili vəzifələri adlandırıb.