İranın xarici siyasət aparatının rəhbəri Ermənistana səfərini şərh edib
https://azeri.sahartv.ir/news/İran-i406965-İranın_xarici_siyasət_aparatının_rəhbəri_ermənistana_səfərini_şərh_edib
“Qafqazda sülh yerli ölkələrin və qonşuların iştirakı ilə mümkün olacaq”
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 28, 2023 11:11 Asia/Baku
  • İranın xarici siyasət aparatının rəhbəri Ermənistana səfərini şərh edib

“Qafqazda sülh yerli ölkələrin və qonşuların iştirakı ilə mümkün olacaq”

İran İslam Respublikasının Xarici İşlər naziri bildirib ki, Qafqazda sülh yerli ölkələrin və qonşuların iştirakı ilə mümkün olacaq.

Hüseyn Əmir-Abdullahiyan X platformasındakı şəxsi səhifəsində yazıb: “Ermənistana səfərim zamanı baş nazir cənab Nikol Paşinyan, bu ölkənin Xarici İşlər naziri cənab Ararat Mirzoyan və Milli Təhlükəsizlik Şurasının katibi cənab Armen Qriqoryanla görüşdüm, Cənubi Qafqazda baş verən son hadisələri, regionda davamlı sülhə nail olmağın yollarını və ikitərəfli münasibətlər prosesini müzakirə etdik.”

Xarici İşlər naziri əlavə edib: “İnanırıq ki, Qafqazda sülh, sabitlik, əmin-amanlıq və inkişaf bu regionun yerli ölkələrinin və qonşularının iştirakı ilə mümkün olacaqdır. Həmçinin, İran İslam Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi Tehran və İrəvan arasında ticarət əlaqələrinin inkişafı üçün aydın üfüqlər müəyyən edəcək”.