İran prezidenti sabah Türkiyəyə səfər edəcək
İran İslam Respublikası prezidenti Türkiyə prezidentinin rəsmi dəvəti ilə sabah yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Türkiyənin paytaxtı Ankaraya yola düşəcək.
Seyid İbrahim Rəisi Türkiyəyə səfərdə rəsmi qarşılama mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşəcək. Sonra iki ölkə arasındakı ali əməkdaşlıq şurasının səkkizinci iclası təşkil olunacaq. İclas iki ölkə prezidentlərinin iştirakı ilə keçiriləcək.
Qəzzə zolağındakı müharibə də daxil olmaqla Qərbi Asiyada baş verən hadisələr və digər beynəlxalq olaylar İran və Türkiyə prezidentlərinin danışıqlarında nəzərdən keçiriləcək mövzulardan olacaq.
İran İslam Respublikası prezidenti Türkiyə səfərində iqtisadi fəallar və iş adamları, eləcə də Türkiyədə yaşayan iranlılarla da görüşəcək.