Kerman cinayətlərilə bağlı komandirlərin toplandıqları mərkəzlər məhv edilib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, İranın Kirman və Rask şəhərlərində törədilmiş son terror cinayətlərilə əlaqədar olan əsas ünsürlər və komandirlərin Suriyada toplandıqları məkanların, həmçinin sionist rejimin İraqın Kürdüstan iqlimində yerləşən casusluq qərargahının raket əməliyyatlarının bir hissəsində ballistik raketlərlə məhv edildiklərini bildirib.
Əlməyadin telekanalı bu gün səhər saatlarında məlumatlı mənbələrə istinadla bildiribdir ki, Sepah-ın Suriyanın şimal-qərbində yerləşən İdlib bölgəsinə qarşı hücumlarında/ təlim düşərgələri, logistika dəstəyi qərargahı və türküstanlı terrorçulara aid olan bir müalicə təsisatı hədəfə alınıb.
Bu mənbələr həmçinin bildiriblər ki, orada hədəfə alınan məntəqələr Xorasan üzrə İŞİD terror qruplaşması üzvlərinin təlim məkanı olubdur ki, amerikalılar İranın daxilinə hücum üçün onları Əfqanıstana və bu ölkənin İranla sərhədinə köçürübmüşlər.
Bu raket əməliyyatının ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun iki saylı məlumatı yayılıb.
Məlumatın mətni belədir:
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِیم
" أُذِنَ لِلَّذِینَ یُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَی نَصْرِهِمْ لَقَدِیرٌ"
İslami İranın əziz və şərəfli xalqı!
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, terrorçu qruplaşmaların Kirman və Raskda əziz həmvətənlərdən bir qrupunu məzlumcasına şəhid etmək üzrə son cinayətlərinə cavab verib. Sepah İŞİD xüsusiyyət təşkil etməklə son terror əməliyyatları ilə əlaqədar/ işğal edilmiş Suriya ərazilərində əsas ünsürlər və komandirlərin toplaşdıqları məkanları üzə çıxarıb və onları bir neçə ballistik raket atışı ilə məhv edibdir.
İslam İnqilabı Keşikçiləri Korpusu böyük İran xalqını əmin edir ki, İran xalqının pisliyini istəyən terrorçu qruplaşmaları hər yerdə olurlarsa-olsunlar, tapacaq və alçaq əməllərinə görə, onları cəzalandıracaqdır.
Məhv edilmiş digər hədəflər elan ediləcək.
" وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ"
Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu özünün üç saylı məlumatında sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın Kürdüstan iqlimində yerləşən casusluq qərargahının son əməliyyatda ballistik raketlərlə hədəfə alındığı və məhv edildiyini bildirib.
Məlumatın mətni belədir:
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِیم" إِنَّا مِنَ الْمُجْرِمِینَ مُنتَقِمُونَ"
İslami İranın əziz və şərəfli xalqı- Böyük İslam ümməti!
İslam İnqilabı Keşikçiləri Korpusu sionist rejimin müqavimət cəbhəsi və Sepah komandanlarını şəhid etmək üzrə son pisliklərinə cavab verib. Sepah, sionist rejimin regiondakı hərəkətləri və qərargahları barədə kəşfiyyat məlumatlarına yiyələnmək və ballistik raketlər atmaqla bu rejimin casusluq təşkilatı- MOSSAD-ın İraqın Kürdüstan iqlimində yerləşən əsas casusluq qərargahlarından birini hədəfə alıb və məhv edibdir.
Bu qərargah, əziz ölkəmiz xüsusiyyət təşkil etməklə regionda terror əməliyyatlarının işlənib hazırlanması və casusluq əməliyyatlarının genişləndirilməsi mərkəzi olub.
Əziz xalqımızı əmin edirik ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hücum əməliyyatları şəhidlərin qanlarının sonuncu damlalarının intiqamını alanadək davam edəcək.