İran və Əlcəzairin yüksək vəzifəli nümayəndə heyətlərinin birgə yığıncağı;
Əlcəzairin sülhü yüksəltmək üzrə regional siyasətini müsbət sayırıq
İran prezidenti deyib: Əlcəzairin regional siyasəti, regional sülh və təhlükəsizliyin yüksəldilməsi istiqamətindədir və bu siyasəti müsbət sayırıq.
Dünən axşam İran və Əlcəzairin yüksək vəzifəli nümayəndə heyətlərinin birgə yığıncağında çıxış edən Rəisi öncə qaz ixrac edən ölkələr assambleyasının yeddinci zirvə görüşünü uğurla keçirməsi münasibətilə Əlcəzair hökumətini təbrik edib.
İki ölkənin dini-mədəni ortaqlıqları və yaxşı siyasi əlaqələrinə işarə edən Rəisi bu ölkələrin iqtisadi-ticari əlaqələr səviyyəsinin daha da yüksəlməsinə təkid edib.
Əlcəzairi müstəmləkəçilik və hegemonçuluqla mübarizədə qabaqcıl ölkə adlandıran Rəisi bu ölkənin istiqlaliyyət şəhidlərini hörmətlə yad edib. Bildirib ki: Əlcəzairin regional siyasəti region sülhü və təhlükəsizliyinin yüksəldilməsi istiqamətindədir və biz bu siyasəti müsbət hesab edirik.
Rəisi sonra İran İslam Respublikasının diqqətəlayiq iqtisadi irəliləyişləri və birməhsullu iqtisadiyyat səmtindən çeşidli və keyfiyyətli sənaye, kənd təsərrüfatı və startap əsaslı məhsullara malik olmaq səmtinə hərəkət etməsinə işarə edib və belə söyləyib: İranın iqtisadi sahədəki yüksək imkanları energetika, sənaye, neft-kimya, maliyyə və texniki-mühəndislik sahələrindəki əməkdaşlıqların genişləndirilməsi üçün əlverişli zəmindir. Ümid edirəm ki, bu səfər iki ölkənin ticari-iqtisadi həmkarlıqlarının genişlənməsi üçün yeni qapıların açılması istiqamətində dönüş nöqtəsi olacaq.
İran prezidenti həmçinin İran və Əlcəzairin terrorizmlə mübarizə xüsusiyyət təşkil etməklə müxtəlif regional məsələlərdəki ortaq baxışlarına işarə edib,/ Tehran-Əlcəzar əlaqələrinin inkişafının qarşılıqlı regional və beynəlxalq münasibətlərin gücləndirilməsinə zəmin adlandırıb.
Əlcəzair prezidenti Əbdülməcid Təbbun da öncə qaz ixrac edən ölkələr assambleyasının yeddinci zirvə görüşündə iştirak etdiyinə görə, İran İslam Respublikası prezidentinə təşəkkür edib. O, sonra maliyyə və ticarət mübadilələrinin artırılması, həmçinin siyasi, iqtisadi və ticari əlaqələrin gücləndirilməsi sahəsində Rəisi ilə özəl görüşündə əldə olunan razılaşmalara işarə və iki ölkənin birgə iqtisadi komissiyasının aktivləşməsinə təkid edib.
Əlcəzair prezidenti həmçinin bildiribdir ki, İran İslam Respublikası genişhəcmli sanksiyalara rəğmən, nəzərəçarpacaq və diqqətəlayiq irəliləyişlərə malik olubdur.
Əbdülməcid Təbbun ölkəsinin İran İslam Respublikası ilə bütün siyasi, iqtisadi və texnologiya sahələrində əlaqələri genişləndirməyə maraqlı olduğunu vurğulayıb.