Mart 05, 2024 16:12 Asia/Baku
  • Seçkilərdə iştirak, İran xalqının cihadı idi

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının bir mart seçkilərində iştirak etməsini yüksək qiymətləndirib və deyiblər ki, İran xalqının seçkilərdə iştirakı, ictimai və sivil bir vəzifənin yerinə yetirilməsi/ və bir cihad idi.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün- ağacəkmə günündə üç ağac əkdikdən sonra söyləyiblər: Düşmənlər təqribən bir il öz təbliğatları ilə çalışdılar ki, xalqı seçkilərdə iştirak fikrindən daşındırsınlar və seçkilər rövnəqdən düşsün, amma xalq bir martda böyük və qəhrəmancasına hərəkətlə düşmənlərin səyləri ilə qarşılaşmağa getdi. Buna görə, bu hərəkət, bir cihad hərəkəti idi.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin seçkilər üzrə məsul şəxslərə, o sıradan seçkilərin keçirilməsi, təbliğat və təhlükəsizliyin qorunması üzrə məsullara da təşəkkür ediblər.

İslam İnqilabının Böyük Rəhbəri habelə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin cənub bölmələrində sel və daşqının baş verməsinə və əhaliyə dəyən xəsarətlərə işarə ilə/ vurğulayıblar: Dövlət və qeyri-dövlət sektorları tərəfindən həyata keçirilməkdə olan yardımlar davam etməlidir və yardıma keçmək qüdrətinə malik olan insanlar da kömək etmək üçün hərəkətə keçsinlər.

Həzrət Ayətullahuluzma Xamenei ağacəkmə gününə işarə ilə, ağac əkməyi sərfəli və çox mənfəətli bir investisiya adlandırıb və belə əlavə ediblər: Ağac havanın oksigeninin artması və çirkləndiricilərlə mübarizə kimi bir çox faydalara malikdir. Buna görə, çox mənfəətli bir investisiyadır- xüsusən,// təəssüflə, çirkləndiricilərin artdığı bugünkü maşın həyatı şəraitində.//

İslam dininin/ insanın təbiətlə əlaqəsinə, həmçinin təbiətin qorunmasına olan ciddi-cəhdini xatırladan İnqilab Rəhbəri/ bir zeytun ağacının əkilməsi də daxil olmaqla/ ağacəkməyə daha çox ciddi-cəhd göstərmək üçün/ üç ədəd ağacın əkilməsinə işarə edib və belə deyiblər: Fələstinin məzlum və əlbəttə ki, çox müqavimətli xalqı ilə həmrəylik və yekdilliyi elan etmək üçün bu gün əkilən ağaclardan biri, zeytun ağacı idi və bu simvolik hərəkət/ əslində/ onlara salam ifadə etmək üçün idi.

İslam İnqilabının Böyük Rəhbəri zeytun ağacı əkməkdən əlavə, daxildə istehsal edilmiş bir ədəd «Lavson Sərvi» fidanı və bir ədəd «Dəmirağac» şitili əkiblər.

«Dəmirağac»/ İranın Mazandaran vilayətinin meşələrində bitən yerli bir ağacdır. Bu ağacın sərt taxtasından müxtəlif istehlaklarda istifadə olunur. Bundan əlavə, onun kökü və yarpaqlarından da dərman məqsədilə istifadə edilir.

İranda martın beşindən on ikisinədək olan həftə, «Təbii mənbələr həftəsi» adlandırılıbdır ki, bu həftənin ilk günü- yəni martın beşi, ağacəkmə günüdür.

 

Teqlər