Mart 05, 2024 20:07 Asia/Baku
  • Beynəlxalq yardımların təkcə 25%-i Qəzzə zolağına daxil olub

İran Qızıl Aypara Cəmiyyətinin sədri deyibdir ki, soyqırımçı İsrail rejiminin əngəlləmələri ilə müxtəlif dünya ölkələrindən göndərilən humanitar yardımların təkcə iyirmi beş faizi Qəzzə zolağına daxil olubdur.

Pir Hüseyn Kulivənd bu gün «Qəzzənin böhranlı vəziyyəti» barədə keçirilən mətbuat konfransında əlavə edib: İndiyədək otuz min nəfərdən çox fələstinlinin şəhid olması və yetmiş iki min nəfərin yaralanmasına bais olmuş İsrail rejiminin qəsbkar hərbçilərinin hücumlarının şiddəti o həddədir ki, bu bölgədə müalicə xidmətlərinin göstərilməsi mümkünsüzdür.

Kulivənd əlavə edib: Ötən ilin oktyabr ayının yeddisindən bəri Qəzzə zolağında iyirmi dörd min körpə dünyaya gəlib və onlar heç bir xidmət almayıblar.

Qəsbkar sionist rejimin Qəzzə zolağındakı qəddarcasına hərəkətlərinin davam etməsinə toxunan İran Qızıl Aypara Cəmiyyətinin sədri bildiribdir ki, soyqırımçı İsrail rejimi ordusunun bu bölgəyə qarşı hücumlarında müalicə mərkəzləri digər mərkəzlərdən daha çox sionist qırıcıların hücumlarına məruz qalıblar və ən çox ziyan da fələstinli qadın və uşaqlara dəyibdir.

 

Teqlər