Əl-Əqsa Tufanı sionist düşməni çaşbaş vəziyyətə salıb
Sərdar Qaani: Müqavimət cəbhəsi hələ bütün imkanlarından istifadə etməyib
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı bəyan edib ki, bu gün Müqavimət cəbhəsi, xüsusilə də HƏMAS qüvvələri Əl-Əqsa Tufanı əməliyyatında iman və əllərindəki silahlara arxalanaraq qəhrəmancasına İsrail ordusuna meydan oxuyurlar.
Təsnim Xəbər Agentliyinin verdiyi məlumata görə, Rəhbərlik Ekspertlər Məclisinin beşinci dövrünün sonuncu rəsmi iclasında çıxış edən “Qüds” qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani deyib: “İmam Xomeyni (r.ə) həzrətlərinin xeyir-duası və daha sonra Ali Rəhbərin bugünkü qüdrətə çatmaq üçün göstərdiyi böyük səylər nəticəsində Müqavimətin özəyi addım-addım böyüdü və fələstinli mücahidlər bu gün tarix yazırlar”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı daha sonra işğalçı İsrail rejiminin media vasitələri ilə uğurlarını şişirtdiyinə diqqət çəkərək əlavə edib: “Bu müharibədə 30 mindən çox fələstinlinin, o cümlədən böyük sayda uşaq və qadınların şəhid olmasına baxmayaraq fələstinli gənclər öz torpaqlarını və ləyaqətlərini qoruyub saxlaya biliblər və müqavimətləri ilə İsraili diz çökdürmüşlər.
General Qaani Qəzzənin mütləq bərpa ediləcəyini, lakin xunta rejiminin etibar və reputasiyasının bərpa olunmayacağını vurğulayaraq qeyd edib: “Bu müharibə göstərdi ki, Müqavimət cəbhəsi bir çox imkanlara malikdir və hələ özünün bütün qabiliyyətlərindən istifadə etməyib. Və o da sübut olundu ki, düşmən Müqavimət cəbhəsinin qüdrəti qarşısında baş əyməlidir”.