İnqilab Rəhbəri Üləmalar Məclisinin üzvləri ilə görüşdə:
“Hər bir yeni parlamentin formalaşması yeni ümidlər yaradır”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri 5-ci çağırış Üləmalar Məclisinin üzvləri ilə son görüşündə İslam Respublikası quruluşunun imperializm qarşısında möhkəm dayanmasının məntiqi, dini, əqli və bəşəri səbəblərindən söz açaraq ölknin siyasi ab-havasının həmişə təravətli saxlanmasını zəruri hesab edib.
Həzrət Ayətullahül-üzma Xamenei bildirib: “Hər bir yeni parlamentin formalaşması yeni ümidlər yaradır və ölkə üçün dəyərlidir, ona görə də deputatlar bunun qədrini bilməlidirlr”.
İnqilab Rəhbəri bu görüşdə 22 Bəhməndə möhtəşəm yürüşün keçirilməsinə və 1 mart seçkilərə işarə edərək, bunları İslam demokratiyasının təntənəsi sayaraq İslam Respublikasının zalımlarla qarşıdurmasının məntiqi barədə deyib: “İslam Respublikası qurulmazdan əvvəl dünyada yeganə cəbhə Qərb liberal demokratiyası üzərində qurulmuş asılı demokratiyalar cəbhəsi idi, lakin İslam İnqilabının qələbəsi ilə İslam demokratiyasına əsaslanan yeni bir cəbhə formalaşdı və bu cəbhə təbii olaraq Qərb demokratiyasının qarşısında durdu”.
O həzrət, İranda islami demokratiya modelinin yüksəlişini Qərb demokratiya cəbhəsinin maraqlarının təhlükə altına düşməsinin və onun İslam sistemi ilə qarşıdurmaların və davamlı müxalifətin başlamasının səbəbi olduğunu qeyd edərək deyib: “Onların təhlükə hissi və düşmənçilikləri ondan ibarət idi ki, Qərb demokratiya sisteminin mahiyyətində təkəbbür və təcavüzkarlıq və xalqların hüquqlarının pozulması və hakimiyyət əldə etmək üçün bitib-tükənməyən müharibələr və qan tökülmələr vardır ki, bu da Asiya, Afrika və Latın Amerikasında bir çox ölkələrin 19-cu əsrdə, yəni demokratiya, azadlıq və insan haqları sahəsində şüar və iddialarının pik dövründə necə müstəmləkəyə çevrilməsində özünü qabarıq şəkildə göstərdi”.
İnqilab Rəhbəri İslam Respublikasının nə üçün təkəbbürlü cəbhə ilə qarşılaşması sualına cavab olaraq söyləyib: “Bizim ölkələrlə, hökumətlərlə, millətlərlə heç bir münaqişəmiz yoxdur, amma müxalifətimiz Qərb demokratiyası cəbhəsində mövcud olan zülm və təcavüzə qarşıdır”.
Həzrət Ayətullahül-üzma Xamenei Qəzzədə baş verən təəssüfləndirici hadisələri təkəbbürlü cəbhənin bir torpaq sahiblərinə qarşı təcavüzkarlığının, qadın və uşaqların amansız və qəddarcasına qətlə yetirilməsinin, xalqın mal və sərvətlərinin məhv edilməsinin bariz nümunəsi sayaraq qeyd edib: “İslam Respublikası əslində belə vəhşiliklərlə müxalifdir və bunlar hər sağlam düşüncə, şəriət və insan vicdanı tərəfindən pislənilən cinayətlərdir, lakin Amerika, İngiltərə və bəzi Avropa ölkələri tərəfindən dəstəklənir”.
O həzrət vurğulayıb: “Bu məsələ aydın olmalıdır ki, imperializm cəbhəsi demokratiya, insan haqları və liberalizm adı altında təkəbbür, zülm, təcavüz və qətlləri gizlədir”.
İnqilab Rəhbəri İslam Respublikasının hər zaman imperializmlə mübarizədə öncül olmasının vacibliyini vurğulayaraq buyurub: “Xoşbəxtlikdən İslam Respublikası 40 ildən artıq olan ömründə imperialzmlə mübarizədə böyük müvəffəqiyyətlər qazanmışdır”.
İslam İnqilabının Rəhbəri İslam Respublikasının sabit və dəyişməz əsaslarını izah edərkən qeyd edib: “Konstitusiyada ədalətin idarə olunması, korrupsiya ilə mübarizə və cəmiyyətdə İslami maarif səviyyəsinin yüksəldilməsi kimi sabit prinsiplər vardır. Bunlara hər zaman əməl olunmalıdır”.
Ayətullahül-üzma Xamenei çıxışının üçüncü hissəsində İslam Şurası Məclisinə keçirilən seçkilərə toxunaraq, hər bir yeni parlamentin fəaliyyətə başlamasını şirin və ölkə üçün yeni ümidlərin və yeni perspektivlərin artması kimi qiymətləndirib və deyib: “Əvvəlki dövrlərin nümayəndələri ilə yanaşı yeni nümayəndələrin də məclisə daxil olması yenilik və təcrübədən irəli gələn dəyərli kapitaldır ki, siyasi sistemin damarlarına təzə qan axıdacaqdır”.