Novruz insanlarin ümid və arzularinin mənşəyidir
Novruzun, iftarın və ona bağlı olan mədəni-ictimai ənənələrin ümumdünya qeydiyyatı yad edilib
Novruzun, iftarın və ona bağlı olan mədəni-ictimai ənənələrin ümumdünya qeydiyyatı üzrə xatirə mərasimi Tehranda yerləşən Niyavəran mədəniyyət kompleksində keçirilib.
Mərasimdə səfirlər, həmçinin İranın turizm, mədəni irs və əl işləri sənayesi nazirliyinin məsul şəxslərindən bir qrupu da iştirak edib.
Mərasimin əvvəlində Tacikistanın Tehrandakı səfiri çıxış edib.
Nizaməddin Zahidi deyib: Novruzun mübarək ramazan ayı ilə bir zamana təsadüf etməsi, qədim və islami ənənələrin üst-üstə düşmələri olaraq, İran diyarının mədəniyyət və sivilizasiyasının yüksəlişinə səbəb olub.
Nizaməddin Zahidi əlavə edib: Novruz şənliyi insan cəmiyyətlərinin ümid və arzularının mənşəyi və insanın yamyaşıl simvoludur və səbəbsiz deyildir ki, BMT, novruzu beynəlxalq bayram elan edibdir.
Tacikistanın Tehrandakı səfiri həmçinin deyib: İftar mədəniyyətinin qorunması, region və dünya xalqlarının sülhü və sabitliyinin möhkəmlənməsinə təkid edir.