Mart 23, 2024 19:23 Asia/Baku
  • Dünya açıq şəkildə anladı ki, Qərbin qadın və uşaq hüquqlarını müdafiə etməsi sadəcə olaraq siyasi oyundur

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə ilə telefon danışığı zamanı Fələstin və Qəzzədə baş verən son siyasi və döyüş meydanındakı hadisələri müzakirə edib.

İranın xarici işlər naziri Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə telefon danışığında təsdiqləyib ki, dünya açıq şəkildə dərk edib ki, Qərbin insan haqları, qadın və uşaq hüquqlarını müdafiə etməsi sadəcə bir siyasi oyundur.

Fələstin İslami Cihad Hərəkatının baş katibi bu zəng zamanı İslam İnqilabının Ali Məqamlı Rəhbərinə və İran İslam Respublikasının Prezidentinə səmimi salamlarını çatdıraraq, İran hökuməti və xalqını yeni ili və mübarək Ramazan ayı münasibətilə təbrik edib və sonra Fələstin və Qəzzədə baş verən son siyasi və hərbi hadisələr haqda məlumat verib.

Ziyad Ən-Nəxlə sionist rejimin Qəzzəyə təcavüzündən təxminən altı ay sonra müqavimət cəbhəsinin gücü, imkanları və yüksək ruhiyyəsinə toxunaraq, İran İslam Respublikasının regional və beynəlxalq diplomatik səyləri və hərəkatlarını, həmçinin İran prezidentinin Fələstin xalqı və müqavimətini dəstəkləmək səylərini yüksək qiymətləndirib.

Fələstin İslami Cihadının baş katibi daha sonra Fələstin müqavimət qrupları arasında birlik və döyüş meydanında həmrəyliyinin Fələstin xalqının sionist düşmənin qırğın maşını üzərində uğur və qələbəsinin açarı olduğunu vurğulayaraq, bildirib ki, Fələstin fraksiyaları, xüsusən də HƏMAS və İslami Cihad arasında koordinasiya siyasi danışıqlarda Fələstinin milli məqsədlərinin dəstəklənməsində mühüm rol oynayır.

İranın xarici işlər naziri də öz növbəsində İran İslam Respublikasının Fələstin məsələsinə dəstək istiqamətində son məsləhətləşmələri və diplomatik hərəkətlərini nəzərdən keçirərək, Fələstin xalqının qəsbkar sionist rejimə qarşı tarixi müqavimətini yüksək qiymətləndirib.

Əmir Abdullahian həmçinin Qəzzə və İordan çayının qərb sahilində qadın və uşaqlarda daxil olmaqla günahsız mülki vətəndaşların öldürülməsinin dayandırılması, bütün bölgələrdə Qəzzə sakinlərinə beynəlxalq humanitar yardımların dərhal və məhdudiyyətsiz göndərilməsi üçün məsul beynəlxalq qurumların təcili addım atmasının vacibliyini vurğulayıb.

O, əlavə edib: “Qəzzədə son altı ayda baş verən hadisələr sionistlərin qeyri-insani mahiyyətini və Ağ Evin soyqırımı dəstəklədiyini gənc nəsil və dünya xalqları qarşısında ifşa etdi və dünya açıq şəkildə anladı ki, Qərbin insan haqlarını, qadın və uşaq hüquqlarını müdafiə etməsi sadəcə siyasi oyundur”.