Apr 14, 2024 13:38 Asia/Baku
  • Sepah sionistlərin zəif yerini tapdı

İsrail artıq yenilməz varlıq deyil – AKTUAL

İsrailin hava hücumundan müdafiə strukturu onun üçün edilən bütün sərmayələrə baxmayaraq, İranın birgə əməliyyatlarına qarşı uğursuzluğa düçar oldu.

Bu əməliyyatın birinci dalğasında işğal olunmuş ərazilərə doğru çoxlu sayda pilotsuz uçuş aparatı və qanadlı raketlər atılıb, sonrakı dalğalarda isə çoxlu sayda uzaqmənzilli ballistik raketlər İsraildəki hədəfləri məhv edib.

Bu əməliyyatın dərc olunan görüntülərindən aydın olur ki, sionist rejimin müdafiə sistemləri İran raketləri və pilotsuz təyyarələrinin qarşısını ala bilməmişlər.

Ardıcıl və dəqiq ballistik raketlərin hədəflərini vurmasının görüntüləri və İsrail mediasının bu rejimin Neqəv səhrasındakı hava bazasının məhv edilməsini etiraf etməsi İranın taktiki imkanlarının onlarla mübarizə apara bilmədiyini göstərir.

2006-cı ildə 33 günlük müharibədən sonra və İsrailin hərbi doktrinalarında yanaşma dəyişikliyi ilə qurulan yeni hava hücumundan müdafiə strukturu əslində İranın orta mənzilli ballistik raketlərinə qarşı çıxmaq məqsədi ilə hazırlanıb. Sionist rejim bu yeni strukturda yeni tip sistemlər layihələndirib istehsal etməklə müxtəlif hava təhdidləri ilə mübarizə aparmağa çalışıb.

Bu arada İran raketləri və pilotsuz təyyarələrinin təchizat qabiliyyəti səviyyəsindən başqa, İranın bu əməliyyatda istifadə etdiyi taktika da mühüm məsələdir; Sionistlər Sepah Aerokosmik Qüvvələri tərəfindən müxtəlif təlimlərdə dəfələrlə tətbiq edilmiş bu taktikadan istifadə ediləcəyini düşünmürdülər.

Digər tərəfdən, İran illərdir ki, Müqavimət cəbhəsindəki müttəfiqləri ilə birlikdə raket və dron şəbəkəsi yaradıb.

Beləliklə də sionist rejimin İran və onun müqavimət cəbhəsindəki müttəfiqlərinin kütləvi, mürəkkəb və çoxşaxəli hücumlarına qarşı duruş gətirə bilməməsi İran üçün böyük uğur, İsrail üçün isə böyük rüsvayçılıq anlamına gəlir.

İndi belə görünür ki, çox səmərəli olmayan hava hücumundan müdafiə sistemi ilə İsrail İrana cavab verməyə çalışarsa, İranın daha geniş və güclü hücumları ilə üzləşəcəkdir.

 

Teqlər