Apr 14, 2024 15:36 Asia/Baku
  • General-Mayor Səlami: “Doğru vədə” əməliyyatı sionistləri müdafiə edən koalisiya sistemlərini məhv etdi"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: “Doğru vədə” əməliyyatı ABŞ, Fransa və sionist rejimin hava hücumundan müdafiə koalisiya sistemlərini sındıraraq işğal olunmuş ərazilərin dərinliklərində obyektləri dəqiq hədəfə alıb.

Sepahın baş komandanı general-mayor Hüseyn Səlami deyib:

“Doğru vədə” əməliyyatı sionist rejimin törətdiyi şər cinayətlər həddində məhdud bir əməliyyat idi və həçənd ki, bu əməliyyat geniş ola bilərdi. Amma onun əhatə dairəsinin sionist rejimin ölkə səfirliyinə hücumu, komandir və hərbi müşavirlərimizin şəhadətində istifadə edilmiş qüvvələrlə məhdud olması kifayət edir.

General-mayor Hüseyn Səlami əməliyyatın gözləntilərdən də uğurla alınmasını diqqətə çatdıraraq bidirib ki, təfərrüatlı, sübuta yetmiş və müşahidə edilmiş göstəricilər bunu deməyə əsas verir ki, bu əməliyyat uğurlu oldu. Əlbətdə, işğal olunmuş ərazilərdə yaşayan insanlar, sionist rejim, Amerikanın ordusu və onların başçıları bu zərbələrin dağıdıcı təsirlərini bizdən daha yaxşı anlayıblar.

""Mən sionist rejimə tövsiyə edirəm ki, keçmiş səhvlərinə son versin və etdiklərindən dərs alsın. Əgər rejim reaksiya verərsə, biz, şübhəsiz ki, öz gücümüzə arxalanaraq əldə etdiyimiz müvəfəqiyyətlə bərabər daha sərt və möhkəm reaksiya verəcəyik"- İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı əlavə edib