Ali Məqamlı Rəhbər İranın güləş komandalarını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i410437-ali_məqamlı_rəhbər_İranın_güləş_komandalarını_təbrik_edib
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın Yunan-Roma və sərbəst güləş üzrə milli komandalarını Qzaxıstanın paytaxtı Bişkekdə keçirilən Asiya çempionatındakı qələbələri münasibəti ilə təbrik edib.
(last modified 2024-04-17T08:41:12+00:00 )
Apr 17, 2024 12:39 Asia/Baku
  • Ali Məqamlı Rəhbər İranın güləş komandalarını təbrik edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın Yunan-Roma və sərbəst güləş üzrə milli komandalarını Qzaxıstanın paytaxtı Bişkekdə keçirilən Asiya çempionatındakı qələbələri münasibəti ilə təbrik edib.

Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü ünvanladığı təbrik müraciətində deyilir: "Yarışlarda medal qazanan, bacarıq və iradəsi ilə insanların qəlbini fərəhləndirən sərbəst və Yunan-Roma güləşi çempionlarına səmimi təşəkkürümü bildirirəm".

Qeyd edək ki, İranın Yunan-Roma güləşi üzrə milli komandası Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Asiya Çempionatında 4 qızıl, 3 gümüş və 2 bürünc medalla çempion olub. 

İranın sərbəst güləş üzrə milli komandası da ötən cümə günü Bişkekdə 5 qızıl və 3 bürünc medal qazanaraq, Asiya çempionu olmuşdu.