Apr 19, 2024 13:51 Asia/Baku
  • İsrail rejimi İranın maraqlarına qarşı hər hansı hərbi avantüranı təkrarlamaqdan əl çəkməyə vadar edilməlidir

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında deyib:

İsrail rejimi İranın maraqlarına qarşı hər hansı hərbi avantüranı təkrarlamaqdan əl çəkməyə vadar edilməlidir.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan yerli vaxtla cümə axşamı BMT Təhlükəsizlik Şurasının Fələstin barədəki iclasında əlavə edib: Hazırda İranın qanuni müdafiəsi, qarşılıqlı və mütənasib addımı başa çatıb. Buna görə, İsrail rejimi İranın maraqlarına qarşı hər hansı hərbi avantüranı təkrarlamaqdan əl çəkməyə vadar edilməlidir. Təbiidir ki, İsrail rejiminin İranın maraqlarına qarşı güc və təcavüzdən hər hansı istifafdəsi təqdirində, İran İslam Respublikası da ani cavab vermək üzrə təbii haqqından istifadə etmək sahəsində bu rejimi tam və qəti şəkildə peşman etmək və ona güclü və qətiyyətli reaksiya verməkdə bir an belə tərəddüd etməyəcək. Bu, dəyişməz bir qərardır.

Əmir-Abdullahiyan deyib: Terrorçu İsrail rejiminin mənim ölkəmin Dəməşqdəki səfirlik binasına qarşı bir aprel raket hücumu göstərdi ki, bu rejim hətta qəbul edilmiş Vyana konvensiyalarına məhəl qoymamaq, həmçinin diplomatik binalar və şəxslərin toxunulmaqlıqları kimi əsas prinsipi pozmaq sahəsində tərəddüd etmir. Təhlükəsizlik Şurasının əksər üzvlərinin bu orqanın iki aprel iclasında elan etdikləri kimi, həmin hücum BMT Nizamnaməsinin, beynəlxalq hüququn və Vyana konvensiyalarının aşkar şəkildə pozulması olaraq, qəti şəkildə pislənilir.

Təəssüflər olsun ki, Təhlükəsizlik Şurası Amerika, İngiltərə və Fransanın tamamilə məsuliyyətsiz rəftarlarına görə, bu/ mütləq şəkildə qanunsuz olan hücuma reaksiyada, hətta bir sırf pisləmə bəyanatı verməkdə belə, aciz qaldı! Heç bir dövlət/- təkrar edirəm, heç bir dövlət/ onun suverenliyi simvollarından sayılan/ ölkəsinin səfirliyinə qarşı belə ciddi və həyasızcasına raket hücumu, həmçinin öz qanuni, rəsmi və diplomatik məmurlarının qırğın və şəhid edilmələri qarşısında heç vaxt sakit durmaz.

 

Teqlər